Ali-Muhəmmədin sirləri
251
əzabın bir qatı bu ikisinin üzərinə olacaq. On nəfəri də Bəni-Üməyyədəndir.
Bu on nəfərin ikisi Bəni-Üməyyədən olan Hərbin övladları və digərləri isə
Bəni-Üməyyədən olan Əbul-Asın oğullarıdır.
Mənim Əhli-Beytimdən hidayət edən (doğru yolu göstərən) on iki nəfər
imam olacaq. Hamısı da Cənnətə dəvət edəcəklər. Onlar Əli, Həsən, Hüseyn
və Hüseynin övladlarından bir-biri ardınca gələcək olan doqquz imamlardır.
Onların rəhbərləri və ataları Əlidir. Mən də Əlinin və onların rəhbəriyəm. On-
lar Quranla və Quran da onlarladır. Hovuzun başında mənimlə görüşənə qədər
Quran onlardan və onlar da Qurandan ayrılmazlar.
Ey Əbdül-müttəlib övladları! Əliyə itaət edin, ona izləyin, vilayətini qəbul
edin, ona qarşı çıxmayın, düşmənlərindən uzaqlaşın, ona dəstək olun və yardım
edin. Onun yanında olun ki, doğru yolu tapasınız, hidayət olasınız və səadətə
qovuşasınız.
Ey Əbdül-müttəlib övladları! Əliyə itaət edin. (Bilin ki,) əgər mən Cənnətin
qapısının halqasından yapışsam, qapı Rəbbimin hüzurunda üzümə açıldıqda
səcdəyə düşsəm və mənə: “Başını qaldır! İstə eşidilsin və şəfaət et qəbul olun-
sun!” deyilsə, heç kimi sizdən önə salmaram”.
Dedilər: “Eşitdik və itaət etdik, ey Peyğəmbər!”
Dostları ilə paylaş: