Cəməl və Siffi n savaşları üçün Əlinin (ə) səbəbləri Süleym deyir ki, Cəməl və Siffi n savaşı günlərində Əlinin (ə) belə dediyini
eşitdim: “Mən baxdım, qarşımda ya Allaha və onun nazil etdiklərinə küfr və
inkar, ya da Allahın, yaxşılığı əmr edib, pislikdən çəkindirmək yolunda cihad-
dan başqa yol olmadığını gördüm. Əgər yardımım varsa, Allaha küfr və inkarın
qarşılığında, cəhənnəm odunun qandallarının əllərimizdən açılması üçün Allah
yolunda cihadı, yaxşılığı əmr edib, pislikdən çəkindirməyi seçirəm.
Mən, Peyğəmbərin (s) vəfatından bəri hələ də məzlumam. Əgər bundan
(bu gündən) öncə kitab və sünnəti diriltmək üçün yardım tapsaydım - necə ki,
bu gün tapmışam - əsla oturmazdım, savaşardım.