Ali-Muhəmmədin sirləri
233
İtrətimin ən yaxşıları və əslimin ən təmizləri kiçik ikən insanların ən
helmliləri, səbirliləri və böyük ikən də insanların ən alimləridirlər. Bilin ki, Al-
lah çətinlik və məşəqqət zamanlarını bizim vasitəmizlə rahatlığa çevirər, bizim
əlimizlə yalanı dəyişdirər.
1
Bilin ki, biz Əhli-Beytin hökmü Allahın hökmündəndir və biz doğru
söyləyənin sözünü eşitdik. Əgər bizim yolumuzu izləyib, yolumuz və izimizlə
addım-addım getsəniz, bizim bəsirətlərimizə (dərin fi kirlərimizə) hidayət olar-
sınız. Əgər bizə müxalif çıxsanız həlak olarsınız. Əgər bizi nümunə götürsəniz,
Allahın kitabına əsaslananlar olaraq bizi önünüzdə görərsiniz. Əgər bizə qarşı
çıxarsanız, bununla yalnız özünüzə zərər yetirərsiniz.
Dostları ilə paylaş: