221 Fədəyin qaytarılması ilə bağlı məktubun yazılmasına maneə Yaşlı səhabə Fatimənin və yanındakı qadınların sözlərini eşidib Fədəyi ona
məxsus olduğunu təsdiqləmək üçün mürəkkəb istədi. Səhhakın oğlu məsələyə
müdaxilə edib dedi: “Ey Peyğəmbərin xəlifəsi, iddiasına şahid gətirənə qədər
gözlə, yazma!” Fatimə (s.ə.) dedi: “Yaxşı, şahid gətirərəm”. Səhhakın oğlu
dedi: “Kimi?”. Fatimə (s.ə.) dedi: “Əlini və Ümmü Əyməni”. Səhhakın oğlu
dedi: “Sözləri tam başa düşülməyən əcəmi bir qadının şahidliyi qəbul edilməz.
Əliyə gəlincə, odu ətrafında dövr etdirir”. Fatimə vəsf edilməyəcək bir qəzəblə
geri qayıtdı. Bir müddət sonra xəstələndi.