İmam Əliyə (ə) qarşı beşinci təhdid Səhhakın oğlu dedi: “Ey Əli ibn Əbu Talib, qalx və beyət elə!” Əli (ə) dedi:
“Əgər etməsəm?” Səhhakın oğlu dedi: “Allaha and olsun, səni öldürərik!” Əli
(ə) yenə onlara höccətini tamamladı. Sonra ovcunu açmadan əlini uzatdı. Yaşlı
səhabə də onun əlinə toxunub buna da razı oldu. Sonra Əli (ə) evinə üz tutdu,
camaat da onun arxasınca getdilər.
3. Peyğəmbərin (s) Zəhraya (s.ə.) hədiyyəsi olan Fədəyi İbn Abbas deyir: “Yaşlı səhabə Fədəyə əl uzatdığı xəbəri Fatiməyə çatdı.
Bəni-Haşim qadınları ilə birgə çıxıb Yaşlı səhabənin yanına gəldi və dedi: “Ey
Ətiq! Peyğəmbər (s) müsəlmanların döyüşmədən əldə etdikləri qənimətlərdən
mənə verdiyi və mülkümə çevirdiyi ərazini məndən almaq istəyirsən?! Məgər
Peyğəmbər (s) “Şəxsin özündən sonra övladlarının haqqı qorunar” demədimi?
Sən də bilirsən ki, Peyğəmbər (s) övladları üçün Fədəkdən başqa bir şey burax-
mayıb”.