Allah isə - kafi rlərin xoşuna gəlməsə də - öz nurunu tamamlayacaqdır”. 1 Bilin və agah olun ki, Allah yer üzünə ikinci dəfə nəzər saldı və mənim
Əhli-Beytimdən on iki nəfəri vəsi olaraq seçdi. Onları ümmətimin ən üstünü
qərar verdi. Onlar bir-birinin ardınca göylərdəki ulduzlar kimidirlər. Nə vaxt bir
ulduz batsa başqa bir ulduz doğar. Onlar hidayət olmuş və hidayət edən imam-
lardır, onlara hiyləgərin hiyləsi və alçaldanın alçaltması zərər verməz.
Onlar Allahın yer üzündəki höccətləri, məxluqları üzərində şahidləri, elmi-
nin xəzinədarları, vəhyinin tərcüməçiləri və hikmətinin mədənləridirlər. Onlara
itaət edən Allaha itaət etmiş və onlara qarşı çıxan Allaha qarşı çıxmışdır. Onlar
Quranla və Quran da onlarladır. Hovuzun başında mənimlə görüşənə qədər bir-
birlərindən ayrılmazlar.
Bu sözlərimi burada olanlar olmayanlara çatdırsın. İlahi, şahid ol! İlahi şa-
hid ol!” Bunu üç dəfə təkrarladı”.
1
“Saff” surəsi, ayə 8.