211 Uca Allah Muhəmmədi (s) Əlini (ə) və İmamları (ə) höccət seçmişdir Bilin və agah olun ki, Allah bir dəfə yer üzünə nəzər saldı və onlardan
iki nəfəri seçdi. O ikisindən biri mənəm. Məni nəbi və rəsul göndərdi. Digəri
isə Əli ibn Əbu Talibdir. Mənə onu özümə qardaş, dost, vəzir, vəsi və xəlifə
etməyimi buyurdu.
Bilin və agah olun ki, o, məndən sonra bütün möminlərin mövlasıdır. Al-
lah onu sevəni sevər və onun düşməninə düşmən olar. Onu mömindən başqası
sevməz və ona münafi qdən başqası nifrət etməz. O, məndən sonra yer üzü-
nü saxlayan və sakitləşdirəndir. O, Allahın təqva sözü və qopmaq bilməyən
möhkəm ipidir. “Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər.