Peyğəmbərin (s) Əli (ə) və İmamlar (ə) haqqında sözləri Aban Süleymdən Salmanın belə dediyini nəql edir: “Qüreyş bir məclisdə
yığışdıqda Əhli-Beytdən birini gördükləri vaxt söhbəti saxlayardılar. Bir dəfə
məclislərində onlardan biri dedi: “Məhəmmədin öz Əhli-Beyti arasında misalı
yalnız zibillikdə böyüyən xurma ağacının misalı kimidir!”
Bu söz Peyğəmbərə (s) çatdı və eşitdiyi sözdən qəzəbləndi. Evdən çıxdı
və camaat toplanana qədər gedib minbərin üzərinə oturdu. Sonra qalxıb Allaha
həmd və səna söləyib dedi: “Ey insanlar! Mən kiməm?” Dedilər: “Sən Allahın
Peyğəmbərisən!”
Peyğəmbər (s) buyurdu: “Mən Allahın Peyğəmbəriyəm! Mən Muhəmməd
ibn Abdullah ibn Əbdül-müttəlib ibn Haşiməm”. Sonra Nizara
1
çatana qədər
nəsil şəcərəsini saydı.