Əhli-Beytin (ə) yaradılışı və nəsəbləri Sonra buyurdu: “Bilin və agah olun ki, mən və Əhli-Beytim bir nur idik,
Allah Adəmi yaratmazdan iki min il əvvəl qarşısında hərəkət edirdik (Allaha
təqdis deyirdik). Bu nur təsbih dedikcə mələklərdə onu təkrarlamaqla Allaha
təsbih deyirdilər.
Adəmi yaratdıqda bu nuru onun sülbünə yerləşdirdi. Sonra Adəmin sülbündə
onu yer üzünə göndərdi. Onu Nuhun sülbündə dənizdə daşıdı, sonra İbrahimin
sülbündə atəşə atdı. Sonra bizi alicənablıq cəhətdən ən üstün mədənlərdən,
yetişmə baxımından ən seçmə yerlərdən, analar və atalardan dünyaya gətirənə
qədər ən seçmə və şərəfl i sülblərdə daşıdı. Belə ki, onlardan heç biri əsla zina
edərək bir-birinə yaxınlaşmadılar.
Bilin və agah olun ki, biz Əbdül-müttəlib övladları cənnət əhlinin ağaları-
yıq: Mən, Əli, Həmzə, Həsən, Hüseyn, Fatimə və Mehdi!
1
Bu kitabın 14-cü hədisində Peyğəmbərin (s) nəsil nəsəbinə bax.