207 HƏDİS 44
Peyğəmbərin (s) “Dilədiyinizi soruşun!” sözü Aban ibn Əbu Əyyaş Süleym ibn Qeysdən, o da Salman, Əbu Zərr və Miq-
daddan belə nəql edir:
“Bir dəstə münafi q bir yerə toplaşıb dedilər: “Muhəmməd bizə cənnətdən,
orada Allahın Öz dostları və itaət edənlər üçün hazırladığı nemətlərdən xəbər
verir. Həmçinin cəhənnəmdən, Allahın orada düşmənləri və üsyankarlar üçün
hazırladığı əziyyətlərdən, alçaldıcı şeylərdən xəbər verir. Əgər bizə atalarımız-
dan, cənnət və cəhənnəmdəki yerimizdən xəbər versəydi, bundan sonrasını
dünyaya, ya axirətə əsasən qurmalı olduğumuzu bilərdik”.
Bu söz Peyğəmbərə (s) çatdı. Bilala camaat namazına səsləmək üçün
azan verməyi tapşırdı. Camaat toplandı. Məscid insanlarla dolub daşdı və
sıxlıq yarandı. Peyğəmbər (s) əsəbi halda, qollarını dirsəklərə və ayaqlarını
dizlərə qədər qatlamış halda minbərə çıxdı. Allaha həmd və səna dedikdən
sonra buyurdu:
“Ey insanlar! Mən də sizin kimi bir insanam. Rəbbim mənə vəhy edir.
Məni Öz risalətinə layiq gördü, peyğəmbərliyə seçdi, bütün Adəm övladların-
dan üstün qərar verdi, qeybindən dilədiyini mənə bildirdi. Elə isə, fi krinizdə
olan hər şeyi məndən soruşun. Canım əlində olana and olsun, sizdən bir kəs
atası, anası, cənnət və cəhənnəmdəki yeri haqqında soruşsa, mütləq ona xəbər
verərəm. Bu, Cəbrayıldır. Sağımda dayanıb və Rəbbimdən mənə xəbər gətirir.
Nə istəyirsinizsə, soruşun!”