Ali-Muhammedin sirleri indd


Möminin batini əlamətləri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə284/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   280   281   282   283   284   285   286   287   ...   410
Ali-Muhemmedin sirleri

Möminin batini əlamətləri
Onu tanımayan şəxsin onu tərifl əməsindən qürurlanmaz və əməllərini he-
saba çəkməyi tərk etməz. Əməllərini yetərsiz görər və yaxşı işlər edər.
O elə bir şəxsdir ki, axşama şükürlə qarşılayar, səhərləri zikrlə açar keçər. 
Gecəni qayğılı keçirər və səhərlər isə sevinclə oyanar. Qayğısı çəkinməsi la-
zım olan şeylərdən, sevinci isə  əldə etdiyi fəzilət və  rəhmətə görədir.  Əgər 
nəfsi onu xoşlanmadığı şeylərə məcbur etsə, sevincinə səbəb olan istəklərini 
nəfsinə verməz. Sevinci yalnız əbədi və davamlı, gözünün nuru isə zail olma-
yan şeylərdə, arzusu baqilərdə və zöhdü fanilərdəndir.
O helmini elmlə, elmini ağılla qarışdırar. Sən onu tənbəllikdən uzaq, 
daim fəal, arzuları yaxın, səhvləri az, əcəlini gözləyən, qəlbi qorxuda, nəfsi 
tox, cəhaləti gizli, işi asan, dinini qoruyan, şəhvəti ölmüş, qəzəbini boğmuş, 
əxlaqı təmiz, qonşusu əlindən etibarda, qüruru zəif, özü üçün təqdir edilənlə 
kifayətlənən, səbri möhkəm, işi hikmətli və çox zikr edən görərsən.
Dostlarının ona etibar etdiklərini (sirlərini) danışmaz, düşmənindən şahid-
liyi əsirgəməz, haqq olan bir şeyi riya üçün etməz və utandığı üçün onu tərk 
etməz. Ondan ancaq yaxşılıq umular, şərindən isə amandadırlar. 
Ona zülm edəni bağışlayar, onu məhrum edənə əta edər, onunla əlaqəni 
kəsənlərlə əlaqə yaradar, helmi tərk etməz, şübhələndikdə tələsməz, ona ay-
dın olan şeydə yenə diqqətli olar, cahillikdən uzaq, sözü yumşaq, hiyləsiz, 
yaxşı  əməlləri çox, sözü doğru, hərəkəti gözəl, yaxşılığı toxunan və pislik 
etməyəndir.
Sarsıntılı zamanlarda vüqarlı, çətinlikdə səbirli və bolluqda şükür edəndir.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   280   281   282   283   284   285   286   287   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin