Peyğəmbərin (s) xilafətdən çəkindirməsi Amma mən sənə bunu xəbər verim: “Peyğəmbər (s) məni çağırdı. Həmin
vaxt yanında Salman, Əbu Zərr və Miqdad vardı. Sonra Peyğəmbər (s) Aişəni
öz atasının, Həfsəni öz atasının və qızını da həyat yoldaşı Osmanı çağırmaq
üçün göndərdi. Onlar Peyğəmbərin (s) yanına gəldilər.
Peyğəmbər (s) Allaha həmd-səna deyib sonra buyurdu: “Ey Ətiq! Ey
Səhhakın oğlu! Ey Əffanın oğlu! Mən bu gecə minbərimin üzərində oturub
və ümmətimi köhnə cahiliyyə vaxtlarına qaytaracaq on iki nəfəri gördüm. Al-
lahdan qorxun və əmri (xəlifəliyi) məndən sonra Əliyə təslim edin. Xəlifəlik
Ali-Muhəmmədin sirləri 265 barədə onunla mübahisə etməyin, ona zülm eləməyin və heç kimlə ona qarşı
birləşməyin”. Dedilər: “Ey Allahın Peyğəmbəri! Bundan Allaha sığınırıq. Allah
bu işdən əvvəl bizi öldürsün!”