Əbu Bəkrin oğlu Muhəmməd tayfasının nəcib şəxsidir Muhəmməd ibn Əbu Bəkr dedi: “Ey Möminlərin əmiri! Sən adlarını
söyləmədin, amma mən onları tanıdım. Allahı şahid tuturuq ki, səni sevirik
və uzaq, yaxın, əvvəlki, sonrakı, yaşayan, ölən, burada olan və olmayan bütün
düşmənlərindən təbərri edirik”.
Möminlərin əmiri (ə) buyurdu: “Allah sənə rəhm eləsin, ey Muhəmməd!
Hər tayfanın bir nəcib, onlara şahid olan və yaxşılarına şəfaət edən bir üzvü
var. Nəciblərin ən yaxşısı pis bir ailədən çıxmış nəcibdir. Ey Muhəmməd, sən
öz ailənin nəcibisən!”