279 HƏDİS 77
İmam Hüseyn (ə) imam oğlu imam, imamın qardaşı və imamların atasıdır İbn Şazan “Miətu mənqibə” kitabında Əbu Muhəmməd Həsən ibn Əli ibn
Abdullah Ələvi Təbəri rəvayət edir ki, Əhməd ibn Muhəmməd ibn Abdullah-
dan, o da babası Əhməd ibn Muhəmməddən, o da atasından, o da Həmmad ibn
İsadan, o da Ömər ibn Üzeynədən, o da Aban ibn Əbu Əyyaşdan, o da Süleym
ibn Qeys Hilalidən, o da Salmanın belə dediyini bildirir: “Bir gün Peyğəmbərin
(s) yanına gəldim, Hüseyn ibn Əli (ə) onun dizində oturmuşdu. Onun üzünə
nəzər salır, gözlərinin arasından öpürdü. Buyurdu: “Sən ağa oğlu ağa, imam
oğlu imam, imamın qardaşı və imamların atasısan. Sən Allahın höccətinin oğlu
olan Allah höccətisən, sülbündən olan doqquz höccətin atasısan ki, onlardan
doqquzuncusu Qaimləridir”.