Cənnət səhabələrdən dördünə müştaqdır Fırat öz “Təfsir”ində Əli ibn Muhəmməd ibn Ömər Zəhridən, o da Qasim
ibn İsmail Ənbaridən, o da Həfs ibn Asim, Nəsr ibn Məzahim və Abdullah
ibn Müğeyrədən, o da Muhəmməd ibn Harun Sindidən, o da Aban ibn Əbu
Əyyaşdan, o da Süleym ibn Qeysdən belə nəql edir:
Uca Allah Peyğəmbərinə (s) dörd səhabəni sevməyi əmr etmişdir Biz məsciddə oturmuşkən Əli ibn Əbu Talib (ə) evindən çıxdı. Bu hadisə
Siffi ndən sonra, Nəhrivandan əvvəl idi. Əli (ə) oturdu, biz də onun ətrafında
əyləşdik. Bir kişi ona dedi: “Ey Əmirəl-möminin, səhabələrin barədə bizə
xəbər ver”.
Peyğəmbərdən (ə) uzun bir hekayəni nəql etdikdən sonra dedi: “Mən,
Peyğəmbərin (s) uzun bir söhbəti əsnasında belə dediyini eşitdim: “Allah-Təala
mənə səhabələrimdən dördünü sevməyi əmr edib, onları sevdiyini və cənnətin
onlara müştaq olduğunu bildirib. Peyğəmbərdən (s) həmin şəxslərin kimliyi
barədə soruşulduqda: “Əli ibn Əbu Talib” deyib sükut etdi. Sonra onların kim-
liyi barədə bir daha soruşuldu. Yenə “Əli” deyib sükut etdi. Səhabələr “Onlar
kimdir, ya Peyğəmbər?” deyə sual verdikdə “Əli və onunla birgə üç nəfər. Əli
onların imamı, dəlili və hidayətçisidir. Onlar dönməzlər, azmazlar, geri addım
atmazlar, zamanın keçməsi qəlblərini sərtləşdirməz – bunlar Salman, Əbu Zərr
və Miqdadır”.