lahdan qorxun və doğru olanlarla (sadiqlərlə) birgə olun!” 1 Salman dedi: “Ya
Peyğəmbər, bunlar ümumi və ya xüsusi insanlardır?”. Peyğəmbər (s) buyurdu:
“Əmr olunanlar ümumidir. Çünki möminlər buna əmr olunublar. Sadiqlər isə
xüsusi olaraq qardaşım Əli ibn Əbu Talib və qiyamət gününədək ondan sonrakı
vəsilərdirlər”. Onlar: “Bəli, şahidik!” dedilər.
İmam Əli (ə) dedi: “Allahı sizə şahid tuturam! Təbuk savaşında Peyğəmbərə
(s) demədimmi: “Ya Peyğəmbər, məni niyə burada qoyursan (özünlə döyüşə
aparmırsan)?” Buyurdu: “Ey Əli, mən və ya sən olmasan Mədinə asayişdə ol-
maz. Sənin mənə nisbətin Harunun Musaya nisbətidir, sadəcə məndən sonra
peyğəmbər yoxdur”. Dedilər: “İlahi, şahidik!”
Sonra buyurdu: “Allahı sizə şahid tuturam, Allah “Həcc” surəsində: “Ey