Altıncı cavab: Şura Altı nəfər şura üzvləri olaraq hamımız həyatdayıq. Əgər Səhhakın oğlu və
dostları Peyğəmbəri (s) təsdiq edirdilərsə niyə məni şuraya üzvü elədilər? Bizi
şuraya xilafət üçün, yoxsa başqa bir şey üçün toplamışdılar? Əgər xəlifəlikdən
başqa bir şey üçün topladığını güman edirsinizsə, o zaman Əffanın oğlu bi-
zim üzərimizdə xəlifə deyil və bizim şurada başqa bir mövzuda müzakirə
aparmağımız lazım olacaqdı. Çünki bizə xilafətdən başqa bir mövzuda fi kir
bildirməyimizi əmr etmişdi. Amma, əgər şura xilafət mövzusunda qurulmuş-
dusa, bəs niyə məni sizinlə oraya daxil etdi? Peyğəmbər (s) ki, (sizə görə) Əhli-
Beytini xilafətdən uzaq tutmuş və onların xilafətdə haqlarının olmadığını de-
mişdi?! Əgər bu hədis doğru idisə, o zaman niyə məni şuradan çıxarmadınız?