Ali-Muhəmmədin sirləri
75
man yoldaşın (Səhhakın oğlu) ona dedi: “Peyğəmbər sayıqlayır!”. Peyğəmbər
(s) isə bundan qəzəblənib yazmaqdan imtina etdi”. Təlhə dedi: “Bəli, bunun
şahidiyəm” dedi.
İmam Əli (ə) buyurdu: “Siz Peyğəmbərin hüzurundan ayrıldıqda o mənə
həmin kağıza yazmaq istədiklərini və bütün camaatı da şahid tutmaq istədiyini
mənə söylədi. Cəbrayıl ona xəbər vermişdi ki, Allah bu ümmətin bölünüb ix-
tilafa düşəcəklərini bilir. Sonra kağız istədi və yazmaq istədiklərini mənə imla
etdi. Üç nəfəri də buna şahid tutdu. Onlar: “Salman, Əbu Zərr və Miqdaddır.
Bu kağıza Allahın qiyamət gününə qədər itaətlərini əmr etdiyi hidayət imam-
larının adlarını yazdı. Birinci mənim adımı yazdı. Sonra (əlini Həsənə uzatdı)
bu oğlumun adını yazdı. Ondan sonra Hüseyn və Hüseyndən bu oğlumun (yəni
Hüseynin) övladlarından doqquz nəfərin adını yazdı. Ey Əbu Zərr, belə olma-
dımı? Ya sən, ey Miqdad?” Əbu Zərr və Miqdad ayağa qalxaraq dedilər: “Biz
Peyğəmbərin (s) bunları söylədiyinə şahidlik edirik”.
Təlhə dedi: “Allaha and olsun, Peyğəmbərin (s) Əbu Zərr haqqında belə
buyurub: “Əbu Zərdən daha doğru danışan və daha xeyirli bir şəxsin üzərinə
səma kölgə salmamış və yer üzərində daşımamışdır”. Mən də bu ikisinin
həqiqətdən başqasına şahidlik etmədiklərinə şəhadət verirəm. (Ey Əli!) Sən
mənim nəzərimdə bu ikisindən daha üstün və daha doğru danışansan!
Sonra Əli (ə) üzünü Təlhəyə tutub dedi: “Allahdan qorx, ey Təlhə, ey Zü-
beyr, ey Sad və sən ey Əbdürrəhman ibn Ovf! Allahdan qorxun! Onun razılığını
üstün tutun və yanında olanları seçin! Allah yolunda danlayanın danlağından
qorxmayın!”
Dostları ilə paylaş: