Ali-Muhammedin sirleri indd


Məgər Peyğəmbər (s) burada olanlar olmayanlara



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə96/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   92   93   94   95   96   97   98   99   ...   410
Ali-Muhemmedin sirleri

Məgər Peyğəmbər (s) burada olanlar olmayanlara 
təbliğ etsinlər buyurmadımı?!
Təlhə dedi: “Bunu Peyğəmbərdən (s) eşitdik. De görək, niyə heç kimin 
Peyğəmbərin (s) adından təbliğ edə bilməz? Halbuki o bizə belə demişdi: “Bu-
rada olanlar olmayanlara təbliğ etsinlər (çatdırsınlar)? Yenə də, Ərəfat çölündə 
Vida həccində buyurmuşdu: “Allah sözlərimi dinləyib qoruyan və (başqalarına) 
çatdıran şəxsə rəhm eləsin. Nə qədər insan var ki, elmi daşıyır, amma onu an-
lamır; nə qədər insan var ki, elmi özündən daha yaxşı anlayanlar üçün daşıyır. 
Müsəlmanın qəlbi üç şeyə xəyanət etməz: Allah üçün xalis əməl etməyə; əmr 
sahibini dinləməyə, itaət etməyə və nəsihətlərinə qulaq asmağı; cəmiyyətindən 
ayrılmağa. Onların dəvəti hamını əhatə edir”. Və yenə Peyğəmbər (s) başqa bir 
dəfə də ayağa qalxıb dedi: “Burada olanlar olmayanlara təbliğ etsinlər”.
İmam Əli (ə) dedi: “Peyğəmbər bunları Qədir Xum günü, Ərəfə günü Vida 
həccində və vəfat etdiyi gün söyləmişdir. Etdiyi ən son xütbəsinə diqqət yetir! 
Belə buyurmuşdu: “Mən sizin aranızda iki şey buraxdım. Bunlara sarıldığınız 
müddətdə əsla yoldan azmazsınız: Allahın kitabı və Əhli-Beytim. Uca Allah bu 
ikisinin hovuzun başında mənimlə görüşənə qədər bir-birlərindən ayrılmaya-
caqlarına vəd verib. Bu iki barmaq kimi (işarə və orta barmağını göstərdi) biri 
digərindən öndədir. Bu ikisinə sarılın ki, yoldan zəlalətə düşməyəsiz və səhvə 
yol verməyəsiz. Onlardan önə keçməyin və geridə də qalmayın. Onlara bir şey 
öyrətməyə çalışmayın, çünki onlar sizdən daha elmlidirlər”.


Ali-Muhəmmədin sirləri
73
Peyğəmbər (s) Ali-Muhəmməd imamlarına (ə) itaətin və onların haqları-
na riayət olunmağın vacibliyini bütün insanlara çatdırmağı ümumi camaata 
əmr etdi. Təbliğ üçün Ali Muhəmmədin (ə) haqqından başqa heç bir mövzuda 
şahidlərin qaiblərə çatdırmasını buyurmadı. Peyğəmbər (s) məhz öz adından 
yalnız özünün təyin etdiyi şəxslərdən başqasının danışa bilməyəcəklərini bütün 
insanlara bildirməyi ümumi camaata əmr etdi.
Ey Təlhə! Sizin eşitdiyiniz halda Peyğəmbər (s) mənə belə demədimi: “Ey 
qardaşım! Səndən başqası mənim borcumu ödəyə bilməz və səndən başqası boy-
numda olanı əda etməz. Mənim boynumda olanları ödəyən, əmanətimi yerinə 
yetirən və sünnətimə görə döyüşəcək olan sənsən!” Yaşlı  səhabə  rəhbərliyi 
ələ keçirdiyi zaman Peyğəmbərin (s) borclarını ödəyib vədlərini yerinə ye-
tirdimi? Onların hamısını  mən təsbit etdim, borclarını ödədim və  vədlərini 
yerinə yetirdim. Peyğəmbər məndən başqasının borclarını ödəməyəcəyini və 
vədlərini yerinə yetirməyəcəyini onlara xəbər vermişdi. Yaşlı  səhabənin on-
lara Peyğəmbərin (s) borclarını  və  vədlərini vermədi. Yalnız mən borclarını 
ödədim, vədlərini yerinə yetirdim və əmanətini qaytardım.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin