Təbliğçilər və Allahın insanlar üzərindəki əmirləri İmamlardır (ə) Peyğəmbərin (s) adından Allahdan gələn şeylərin hamısını yalnız Allahın
kitabında itaətlərini vacib və vilayətlərini əmr etdiyi imamlar təbliğ edə bilərlər.
O şəxslər ki, onlara itaət Allaha itaətdir və onlara qarşı üsyan Allaha üsyandır”.
Təlhə dedi: “Məni rahatlaşdırdın. Sən bunu mənə açıqlayana qədər
Peyğəmbərin (s) nə demək istədiyini anlamamışdım. Ya Əbul-Həsən! Allah
sənə bütün ümmətdən xeyir bəxş eləsin!
4. Quranın toplanması barədə söhbət Əmirəl-mömininin (ə) Quranı toplaması Ya Əbul-Həsən! Səndən bir şey soruşmaq istəyirəm. Sənin möhürlənilmiş
bir parça ilə çıxdığını gördüm. Belə demişdin: “Ey insanlar! Mən Peyğəmbərin
(s) qüslu, kəfənləməsi və dəfnilə məşğuldum. Sonra Allahın kitabının bir yerə
toplanması ilə məşğul oldum. Bu (parçanın içindəki), Allahın toplanmış kita-
bıdır. Ondan bir hərf belə azalmamışdır”. Amma mən yazdığın və topladığın
həmin kitabı görmədim.