72 Suleym ibn Qeys Hilali Peyğəmbərin (s) məqamına ən çox haqq sahibi kimdir? Bu ikisindən Peyğəmbərin (s) yerində və məqamında oturmağa daha çox
hansı layiqdir? Peyğəmbər (s) “Tövbə” surəsinin təbliği üçün şəxs təyin et-
diyi zaman belə dediyini eşitdiniz: “Mənim adımdan təbliğ etməyə məndən
və ya məndən olan şəxsdən başqası layiq deyildir”. Allahı sizə şahid tutu-
ram! Siz bunu Peyğəmbərdən (s) eşitmədiniz?” Dedilər: “Bəli! Allaha and ol-
sun! Biz “Tövbə” surəsinin təbliği üçün səni təyin etdiyini Peyğəmbərdən (s)
eşitdiyimizə şahidlik edirik”.
İmam Əli (ə) dedi: “Sizin yoldaşınız (Yaşlı səhabə) Peyğəmbər (s) adından
dörd barmaq uzunluğunda bir yazını təbliğ etməyə səlahiyyəti çatmadı. İndi
sizcə, hansımız onun (Peyğəmbərin (s)) yerində və məqamında olmağa daha
layiqik? Peyğəmbərin (s) öz adından danışması üçün xüsusi təyin etdiyi şəxs,
yoxsa bu ümmətin özünün təyin etdiyi və Peyğəmbərdən (s) olmayan kimsə?!”