İmam Əlinin (ə) mübarək ömrünün son ilində söylədiyi xütbəsi Aban Süleymdən nəql edir: “Möminlərin əmirinin (ə) ətrafında oturmuş-
duq. Bir dəstə səhabəsi də yanında idi. Onlardan biri dedi: “Ey Möminlərin
əmiri! Kaş ki, camaatı döyüşə çağırardın!”
Əli (ə) ayağa qalxdı və xütbə söylədi: “Bilin ki, mən sizi döyüşə dəvət
etdikdə siz qaçdınız. Sizə nəsihət verdim, amma siz qəbul etmədiniz. Sizi dəvət
etdim, amma dinləmədiniz. Siz qaib olan şahidlər, yaşayan ölülər və qulaqları
olan karlar kimisiniz. Sizə hikmət söyləyir, şəfa verən və kifayət edən moizələrlə
nəsihətlər verir və zülm əhli ilə döyüşməyə təşviq edirəm. Lakin sözümün so-
nuna çatmadan sizi pərakəndə halqalar kimi dağıldığınızı görürəm. Bir-birinizə
şeir oxuyur, məsəllər çəkir və xurmanın, südün qiymətini soruşursunuz!
Əlləriniz qurusun! Döyüşdən və hazırlıqdan düşmüsünüz. Qəlbinizi döyüşü
yad etməkdən təmizləyib rahatlaşmısınız. Onu yalanlarla, azdırıcı şeylərlə və boş
işlərlə məşğul etdiniz. Vay olsun sizə! Onlar sizinlə döyüşmədən əvvəl siz onlarla
döyüşün! Allaha and olsun, elə bir qövm yoxdur ki, evlərinin ortasında hücuma
məruz qalıb zəlil olmasın. Allaha and olsun, düşmənlər bunu edənə qədər (sizin
mənim söylədiklərimi) edəcəyinizi zənn etmirəm. Onları görmək istərdim. Ardın-
dan bəsirət və yəqinimlə Allaha qovuşar, dərdlərinizin mənə çəkdirdiklərindən və
sizinlə məşğul olmaqdan rahatlıq tapardım. Siz çobanı itmiş dəvə sürüsü kimisi-
niz. Bir tərəfi toplansa digər tərəfdən dağılar. Allaha and olsun, əgər döyüş qızışsa
və ölüm qorxusu yaxınlaşsa başın yarılıb açılması və qadının doğum əsnasında
uşağından ayrılması kimi Əli ibn Əbu Talibdən ayrılacağınızı görən kimiyəm”.