Qüreyş qəbilələrindən olan on iki zəlalət imamı Amma Müaviyə və oğlu Əffanın oğlundan sonra hakimiyyətə gələcəklər.
Bu ikisinin ardından Həkəm ibn Asın övladlarından yeddi nəfər bir-birinin ar-
dınca hakimiyyətə gələcəklər və zəlalət imamları on iki nəfərlə tamamlanacaq.
Onlar Peyğəmbərin (s) öz minbəri üzərində gördüyü kəslərdir. Onun ümmətini
yenidən cahiliyyət dövrünə geri qaytaracaqlar. Onlardan on nəfəri Bəni-
Üməyyədəndir. Digər ikisi isə onlar üçün zəmin hazırlayacaqlar. Bu ümmətin
günahlarının bir qatı onların üzərindədir”.
Oradakılar dedilər: “Ya Əbul-Həsən! Allah sənə rəhm eləsin, bağışla-
sın! Nəsihətinə və sözünün gözəlliyinə görə mükafatların ən üstünü ilə bizim
tərəfi mizdən səni mükafatlandırasın!”