Peyğəmbərin (s) Quranı İmam Əliyə (ə) imla etməsi Əmirəl-möminin (ə) buyurdu: “Ey Təlhə! Allah kitabında Muhəmmədə na-
zil etdiyi hər ayəni Peyğəmbər (s) imlası və mənim də əl yazımla yanımdadır.
Həmçinin, Muhəmmədə enən hər ayənin şərhi, bütün halal, haram, hədd, hökm
və qiyamət gününə qədər ümmətin ehtiyac duyacağı hər bir şey, hətta atılmış
cırmağın diyəsi belə Peyğəmbərin imlası və öz əlimlə yazılı olaraq mənim ya-
nımdadır”.
Təlhə dedi: “Kiçik, böyük, xüsusi və ümumi bütün hər şeyin hökmü, olan
və qiyamətə qədər olacaq şeylər yazılı olaraq səndədir?”
İmam Əli (ə) buyurdu: “Bəli! Bununla bərabər, Peyğəmbər (s) xəstələndiyi
zaman gizlicə mənə elmdən min qapı açdı ki, hər bir qapıdan da min qapı açılır.
Əgər bu ümmət Peyğəmbərin (s) vəfatından bəri mənə tabe olub itaət etsəydi
qiyamət gününə qədər başlarının üstündən və ayaqlarının altından bol-bol
nemət yeyərdilər.