74 Suleym ibn Qeys Hilali Səhabənin Quranı toplaması Səhhakın oğlu xilafətdə olduğu zaman kitabı ona göndərməyin üçün yanı-
na adam göndərdiyini gördüm. Sən imtina etdin. Sonra Səhhakın oğlu camaatı
çağırdı. Əgər iki nəfər bir ayənin Qurandan olduğuna şahidlik etsəydilər onu
kitaba yazırdı. Əgər bir nəfər şahidlik etsə, tərk edir və onu yazmırdı. Səhhakın
oğlunun belə dediyini eşitdim: “Yəmamə günündə Quran oxuyan adamlar
öldürüldülər. Onların oxuduğunu başqaları oxumurdu. (Oxuduqları ayələr və
ya həmin Quran) artıq yoxdur”. Həmçinin Səhhakın oğlunun katibləri kitabı
yazarkən bir qoyun gəlmiş və o kitabın səhifələrindən birini yemişdi. Onda
yazılanlar da yox oldu və həmin gün katib Osman idi. Bu barədə nə deyirsən?
Səhhakın oğlu və Osmanın zamanında Quran katibləri belə deyirdilər:
“Əhzab” surəsi “Bəqərə” surəsi qədər idi. “Nur” surəsi yüz altmış ayə idi və
“Hucurat” surəsi doxsan isə ayə idi”. Bu necə işdir? Allah sənə rəhm eləsin,
topladığını (Quranı) camaatın qarşısına çıxarmağa nə mane oldu?
Osman Səhhakın oğlunun topladıqlarını cəm edib kitab halına gətirdikdə
buna şahid oldum. Camaatı yalnız bir qiraətlə oxumağa məcbur etdi. Ubey ibn
Kəbin və Abdullah ibn Məsudun kitablarını cırıb atəşə atdı. Bu nə məsələ idi?”