Səhhak oğlunun yaratdığı şura Sonra İmam Əli (ə) üzünü Təlhəyə, Zübeyrə, Əbdürrəhman ibn Ovfa və Sad
ibn Əbu Vaqqasa tutub dedi: “Allaha and olsun, əgər o beş nəfər Peyğəmbərə ya-
lan isnad etdilərsə, vilayət və itaətləri sizə halal deyil. Əgər doğru söylədilərsə,
məni özünüzlə birgə şuraya layıq bilməniz halal deyil. Çünki bu halda məni
şuraya layıq bilmək Peyğəmbərin (s) sözünə qarşı çıxmaqdır”.
Xilafət və imamət yalnız on iki (ə) nəfərə məxsusdur İmam Əli (ə) üzünü camaata tutub dedi: “Aranızdakı məqamım və barəmdə
bildiklərinizi söyləyin! Mən sizin nəzərinizdə doğru danışan, yoxsa yalançı bir
şəxsəm?” Dedilər: “Xeyr! Sən düzgün və hər vaxt doğru danışan şəxssən. Allaha
and olsun, sənin nə cahiliyyət dövründə, nə də İslamdan sonra bir dəfə olsun ya-
lan danışdığını görmədik”. İmam Əli (ə) buyurdu: “Biz Əhli-Beytə peyğəmbərlik
lütf edən, Muhəmmədi bizdən qərar verən və ondan sonra bizə kəramət göstərib
möminlərə imam edən Allaha and olsun ki, bizdən başqası onun adından təbliğ
edə bilməz, xəlifəlik və imamlıq bizdən başqasına layiq olmaz. Allah biz Əhli-
Beytlə bərabər heç kim üçün xilafətdə bir haqq və nəsib qoymamışdır.
Allahın rəsulu (s) peyğəmbərlərin sonuncusudur. Ondan sonra nə bir
peyğəmbər və nə də bir rəsul yoxdur. Peyğəmbərlik onunla və səmavi kitab-
lar isə Quranla qiyamətə qədər xətm olunmuşdur. Allah bizi Muhəmməddən
(s) sonra yer üzündə xəlifələri, məxluqları üzərində şahidləri qərar vermiş və
bizə itaət etməyi kitabında vacib buyurmuşdur. Bir çox ayələrdə bizi Özünə və
Peyğəmbərinə yaxınlaşdırıb. Allaha and olsun ki, O, Muhəmmədi peyğəmbər,
bizi də ondan sonra məxluqları arasında xəlifələr və şahidlər etmişdir. Endirdi-
yi kitabda bizə itaəti vacib buyurmuşdur. Sonra Allah bunları ümmətinə təbliğ
etməyi Peyğəmbərə (s) əmr etmiş və o da Allahın əmr etdiyi kimi onlara çat-
dırmışdır.