Dördüncü cavab: “Səqəleyn” hədisi Eləcə də Peyğəmbərin (s) bu sözləri: “Mən sizin aranızda iki şey buraxdım.
O ikisinə sarılsanız əsla yoldan çıxmazsınız. Allahın Kitabı və itrətim. Onlar-
dan önə keçməyin və geridə də qalmayın! Onlara bir şey öyrətməyin, çünki
onlar sizdən daha elmlidirlər”. Allahın Kitabını və Peyğəmbərin (s) sünnəsini
ən yaxşı bilən şəxsdən başqası ümmətin xəlifəsi ola bilməz. Uca Allah buyurur:
“De: “Belə olduqda doğru yola yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?”. 2 Həmçinin, “Allah sizdən ötrü onu seçmiş, elm və bədəncə ona üstünlük vermişdir”. 3 ; “Əgər doğru deyirsinizsə, mənə bundan əvvəl bir kitab, yaxud elmdən qalan bir şey (əsər) gətirin!”