Valyuta siyasəti (curency policy) – dövlət tərəfindən valyuta
məzənnəsinin tənzimlənməsi məqsədilə həyata keçirilən hüquqi,
iqtisadi, inzibati tədbirlərin kompleksi. Valyuta siyasətinin həyata
keçirilmə formaları:
1.
diskont siyasəti – mərkəzi bankın uçot dərəcəsinin
dəyişdirilməsi yolu ilə valyuta məzənnəsinin tənzimlənməsi;
2.
valyuta müdaxiləsi – valyuta bazarlarında tələb və
təklifin tarazlaşdırılması məqsədilə mərkəzi bankın valyutaların
alqı-satqısı əməliyyatlarında müntəzəm iştirakı;
3.
devalvasiya (milli valyutanın xarici valyutalara
nisbətən məzənnəsinin məsədyönlü uçotlaşdırılması) və revalvasiya
(milli valyutanın xarici valyutalara nisbətən məzənnəsinin
qaldırılması).
4.
valyuta məhdudiyyətləri – valyuta əməliyyatlarının
inzibati tədbirlər və qanunverici aktlarla qadağan olunması və ya
limitləşdirilməsi nəzərdə tutulur.