10
min,
adətən,
kommersiya və inves ti siya banklarının fəaliyyətlərini
təs vir
etmək ucun istifadə olunur.
Maliyyə ohdəliyi -
Maliyyə ohdəciliyinə əsasən
(i) debitorun
kreditor ilə bağlanılan
muqavilədə muəyyən olunan
şərtlər əsasında
ona odəniş və ya
odənişlər etməsini tələb edir və
ya (ii) iki tərəf
arasında maliyyə
xarakterinə malik muəyyən huquqları
və ya
ohdəlikləri muəyyən edir.
G İ R İ Ş
Bank işi fənninin proqramında yer alan mövzular gündəlik
həyatda dövlət, korporativ və ictimaiyyət tərəfindən ən çox
müzakirə və şərh edilən mövzulardır. Əmanətlərə və kreditlərə
tətbiq edilən faiz dərəcəsi, valyuta məzənnəsi, pul aqreqatları və s.
bu kimi makroiqtisadi göstəricilər iqtisadi vahidlərin maliyyə və
investisiya qərarlarına təsir göstərən ən önəmli amilldir.
«Bank işi» fənninin dərs proqramında: maliyyə xidmətlər
sektorunun iqtisadiyyatı; bank sisteminin təşkili və fəaliyyətinin
hüquqi- iqtisadi əsaslari; Mərkəzi Bankın fəaliyyətinin əsaslari;
ödəniş sistemi; bankçılıq fəaliyyətinin əsaslari; beynəlxalq
bankçiliq; banklarin passiv və aktiv əməliyyatları; banklarin pul
və kapital bazarinda fəaliyyəti; bank menedcmenti və marketinqi;
bank fəliyyətinin maliyyə təhlili; banklarda korporativ idarəetmə
sistemi; bank fəaliyyətində risklər; bank sistemində böhran və ona
qarşı tətbiq olunan antiböhran tədbirlər modeli kimi mövzular
tələbələrə öyrədiləcək və onlar tərəfindən mövzuları daha da
dərindən mənimsəmək məqsədilə interaktiv təlim metodlarından
geniş istifadə olunacaqdır.
Mövzuların öyrənilməsi prosesində tələbələri dünya təcrubəsi
kontekstində Azərbaycanda bank sisteminin stabil və təhlükəsiz
fəaliyyətinin təmin edilməsi və tənzimlənməsi prinsipləri, qaydaları
və normaları əks etdirən normativ sənədlərləri ilə tanış edəcək və
11
bütövlükdə onlara bank industriyası haqqında komleks bilik və
informasiya veriləcəkdir.
«Bank işi» fənninin tədrisində əsas məqsəd- Azərbaycanda
bank sisteminin hüquqi bazasının, iqtisadiyyatda bank xidmətlərinin
rolunu, bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin
edilməsi məqsədilə Mərkəzi Bankın rolunu və əhəmiyyətini,
bankların təşkili, daxili idarəedilməsi, fəaliyyətinin tənzimlənməsi
və ləğv edilməsi
prinsiplərini, qaydalarını və normalarını
tələbələrə
öyrətmək və izah etməkdir.
«Bank işi» fənninin tədrisində əsas vəzifələr:
1.
Bank sisteminin fəaliyyətini tənzimlənməsini əks
etdirən normativ- hüquqi sənədlərlərlə yaxından tanış etmək;
2.
Bank fəaliyyəti haqqında komleks nəzəri biliklər
vermək;
3.
Bank xidmət və məhsulları, bank marketinqi və
menedcmenti, bank fəaliyyətində maliyyə nəticələrinin təhlili
qaydalarını praktik
olaraq istifadəsini öyrətmək;
4.
Tələbələri müasir bank sisteminin vəziyyəti,inkişafı
və problemləri haqqında məlumatlandırmaq və bank sistemində
istifadə olunan əsas anlayışları izahını verməkdir.
Dostları ilə paylaş: