Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə43/78
tarix02.01.2022
ölçüsü1,23 Mb.
#40897
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   78
VII 
FƏSIL
 
TƏBİƏTDƏN SƏMƏRƏLİ İSTİFADƏNİN İQTİSADİ 
MEXANİZMLƏRİ 
7.1.  Təbiətdən səmərəli istifadənin iqtisadi stimuDaşdırma 
vasitələri 
Sahibkarlıq  fəaliyyətində,  təbiətdən  səmərəli  istifadəyə 
təsir  iki  yolla  həyata  keçirilə  bilər:  inzibati  metodlarla,  birbaşa 
tənzimləmə  və  iqtisadi  təsir  yolu  ilə.  Ölkələr  ekoloji  siyasətdə 
təbiətdən  səmərəli  istifadə  sahəsində  iqtisadi  həvəsləndirməyə 
çalışırlar və buna daha çox səy göstərməlidirlər. Təbiətdən istifadə 
fəahyyətində  iqtisadi  həvəsləndirmə  elə  bir  vasitədir  ki, 
iqtisadiyyatın  gələcək  inkişafımn  mənafei  ilə  ətraf  mühitin 
mühafizəsini birləşdirir. 
Təbiətdən  səmərəli  istifadənin  həvəsləndirmə  sistemi 
bütün təsərrüfat subyektlərinin təbiəti mühafizə tələblərinin yerinə 
yetirilməsində, təbii ehtiyatlardan istifadənin norma və qaydalarına 
riayət  edilməsində  maraqlannm  artırılmasına  yönəldilir.  Təbiəti 
mühafizənin  həvəsləndirilməsi  əsasən  iki  üsulla  həyata  keçirilir: 
məcburiyyət metodu (neqativ həvəsləndirmə, yaxud inzibati yol) və 
mükafatlandırma  yolu  (pozitiv  həvəsləndirmə,  yaxud  «şirin  qoğal 
metodu»). 
Neqativ Ifet^sləndırmə ozundə aşağıdakıları cəmləşdirir: 
təbiətdən  istifadəyə  görə  haqq,  zərərli  maddələrin  ətraf  mühitə 
normativ  və  nomıadan  artıq  atılmasına  (axıdılmasına)  görə 
ödəmələr, bərk tullantıların yerləşdirilməsinə görə ödəmələr, ekoloji 
zərərli məhsula görə vergi, habelə ekoloji cəhətdən texnologiya ilə 
istehsal  edilən  məhsula  görə  rüsum,  ekoloji  hüquq  pozmalarına 
(xətalara) görə cərimələr, məhsulların ekoloji sertifikatlaşdırılması, 
aksizlər, rüsumlar və s. 
Pozitiv  iqtisadi  həvəsləndirmə  təbiəti  mühafizə 
fəaliyyətinin  güzəştli vergi qoyma, kredit ayırma, qiymət siyasəti, 
subvensiyalar, «çirkləndirraə hüququ» bazarının tətbiqi, təbiəti 
111 


mühafizə obyektlərində sürətləndirilmiş amortizasiya üsulu və s. ilə 
tənzimlənir. 
Təbiətdən  səmərəli  istifadənin  həvəsləndirilməsi 
aşağıdakı  funksiyaları  yerinə  yetirir;  mükafatlandırma,  qa- 
dağanetmə  və  kompensasiya  yolu  ilə  əvəzini  ödəmə. 
Mükafatlandırma funksiyası xərclərlə təbiəti mühafizə fəaliyyətinin 
müqayisəli  qiymətləndirilməsi,  qadağanedici  təbiətdən  istifadə 
subyektlərinin  məsuliyyətinin  artırılması,  kompensasiya  yolu 
isə-dəymiş zərərin ödənməsini təmin edir. 
Təbiətdən  səmərəli  istifadənin  mövcud  iqtisadi 
həvəsləndirmə sistemi hər bir ölkənin, o cümlədən, Azərbaycanın 
«Ətraf  mühitin  mühafizəsi  haqqında»  və  digər  təbiəti  mühafizə 
yönüralü  qanunları  ilə  öz  hüquqi  qüvvəsinə  minmişdir  və 
aşağıdakıları özündə əks etdirir: 
-  təbiəti  mühafizə  üzrə  tədbirlərin  planlaşdırılması  və 
maliyyələşdirilməsi; 
-  təbiətdən  istifadəyə  limitlərin  qoyulması  (müəyyən 
edilməsi); 
-  təbiətdən istifadəyə görə haqqın təyin edilməsi, ətraf mühiti 
çirkləndirməyə görə ödəmələrin təyini; 
-  aztullantıh  və  resursqoruyucu  texnologiyaların  tətbiqi, 
təkrar  xammaldan  istifadə  və  s.  görə  vergi  və  kreditlərdə 
güzəştlərin tətbiq edilməsi; 
-  ətraf  mühitə  və  insanlara  vurulmuş  ziyanın  əvəzinin 
ödənilməsi; 
-  təbiəti mühafizə qurğularına sürətli amortizasiyamn tətbiq 
edilməsi; 
-  ekoloji  təmiz  məhsula  görə  mükafatlandırıcı  qiymət  və 
əlavələrin tətbiq edilməsi. 
^Ümumiyyətlə,  keçmiş  SSRİ-də  olduğu  kimi,  Rusiya 
Federasiyasında  və  digər  MDB  ölkələrində  təbiəti  mühafizə 
fəaliyyətinin iqtisadi həvəsləndirilməsi sahəsində həm birbaşa, həm 
də  dolayısı  iqtisadi  həvəsləndirmə  metodları  tətbiq  edilir.  Eyni 
zamanda,  həmin  üsulların  daha  əməli  fəaliyyət  göstərməsi  üçün 
qanunvericilik və normativ bazalar təkmilləşdi- 
112 


rilmolidir. Məsələn, Azərbaycanda 1992-ci ildə qəbul edilmiş ətraf 
mühiti çirkləndirməyə görə ödəmələr artıq köhnəlməkdədir, bir sıra 
neqativ təsirlərə görə (elektromaqnit şüalanması, səs-küy, yeraltı və 
yerüstü  suların  çirklənməsi,  hava  ehtiyatlarından  istifadə,  itirilən 
ehtiyatın utilizə edilməsi, toksik tullantıların yerləşdirilməsi və s.) 
hələ  də,  ölkənin  14  illik  müstəqilliyinə  baxmayaraq,  əməli  addım 
atılmamışdır. Xəzər dənizində neft və qaz hasilatı üzrə 
20
 kontrakt 
bağlanmasına  baxmayaraq,  hələ  də  Xəzər  üzrə  ekoloji  standartlar 
hazırlan- mamışir. Balıqları mühafizə sahəsi demək olar ki, hələ öz 
həllini tapmamışdır. 
Təbiəti  mühafizə  sahəsində  qəbul  edilmiş  bir  çox 
qanunlar və normativ sənədlərdə uzlaşmalar yoxdur, vergiqoyma və 
digər sahələrdə təbiəti mühafizə tələblərinə riayət edilmir, təbiətdən 
istifadə  edənlərə  qarşı  bazar  təsirinin  strukturu  hazırlanmamışdır, 
mənzil-kommunal  təsərrüfatı  üzrə  baş  verən  bütün  neqativ 
elementlər,  sənaye  və  məişət  sularımn  qarışıq  axıdılması, 
təmizləyici  qurğuların  tikintisinin  bir  çox  halda  özbaşına 
buraxılması,  şəhər  kanalizasiya  xətlərinin  qeyri-ka-  filiyi  və  s. 
ekoloji  və  iqtisadi  həvəsləndirmənin  qarşısında  bir  sədd  kimi 
durmaqdadır. 
Bir  çox  ölkələrdə  praktikada  ən  geniş  istifadə  olunan 
ehtiyatlara  görə  ödəmələr  sistemi,  əsas  təsiredici  amil  olmasına 
baxmayaraq, Azərbaycanda özünəməxsus yer tutmamışdır. Dolayısı 
tənzimləyicilər  sistemi,  demək  olar  ki,  yoxdur.  Dolayısı  metodlar 
təbiət  istifadəçilərinin  əmlak  mənafelərinə  toxunub  və  təbiəti 
mühafizə tədbirlərinin faydalı olmasını onların yadına salır. 
Təbiəti mühafizə fəaliyyətində ən əməli əhəmiyyət kəsb 
edən  həvəsləndirici  amil  dövlətin  vergi  siyasəti  olmalıdır.  Bu 
siyasət  həm  pozitiv,  həm  də  neqativ  həvəsləndirməni  özündə  əks 
etdirə bilər. Bu qanunvericilikdə həm  güzəştli  vergilərdə və vergi 
ödəməkdən  azadetmədə,  habelə  ekoloji  təhlükəli  məhsul  üçün 
xüsusi vergilərin tətbiqində öz əksini tapmalıdır. 
113 


Rusiya Federasiyasında,  əgər müəssisə təbiəti mühafizə 
tədbirlərinə öz gəlirindən vəsait ayırırsa, buna görə gəlirin vergiyə 
məruz qalan məbləği 30 % azaldılır. 
Büdcə təşkilat və idarələrinin əmlakı vergidən azad edilir 
(dövlət  qoruqları,  təbii  parklar,  botanika  bağları).  Bundan  başqa, 
ümumi  əmlakın  təbiəti  mühafizə  məqsədləri  üçün  istismar  edilən 
hissəsi də vergidən azad edilməlidir. 
Bir çox ölkələrdə verginin stavkası azaldılır, yeni «vergi 
tətilləri» təşkil edilir. Məsələn, Yaponiyada plastmas və üzvi 
tullantıları emal edən istehsalçılar birinci üç il 50 % vergidən azad 
edilirlər, təmizləyici qurğular isə ilk 5 il ərzində tamamilə vergidən 
azad edilirlər. 
Vergilər  qoyularkən  güzəştlərin  tətbiqi  kimi  təbiəti 
mühafizə  avadanhğımn  sürətləndirici  amortizasiya  metodu  geniş 
istifadə  edilir.  Bu  metod  təmizləyici  qurğulann  təzələnməsində 
kapital  yığımına  köməklik  göstərir.  Kanadada  təmizləyici 
qurğulara 
2
  illik  amortizasiya  müddəti  müəyyən  edilmişdir. 
Fransada  təmizləyici  qurğuların  amortizasiyasımn  50  %-nə  bir  il 
aynlmışdu.  İtaliyada  isə  3  ilə  45  %  amortizasiya  nəzərdə  tutulur. 
Böyük Britaniya, ABŞ və AFR-da amortizasiya müddəti 5 ildir. 
Bazar  iqtisadiyyatı  dövründə  təbiəti  mühafizə  və  təbii 
ehtiyatlardan  səmərəli  istifadə  sahəsində  qiymətlər  həvəsləndirici 
rol  oynamalıdır.  Qiymətlərə  təbiətdən  istifadəyə  görə  ödəmələr 
təsir  göstərirlər.  Ekoloji  təmiz  məhsul  istehsal  edən  müəssisələrə 
(qiymət  vasitələri  kimi)  kompensasiyalar,  kreditlər,  «əlavələr» 
tətbiq  edilməlidir.  Eyni  sözləri  tullantılardan  məhsul  alan 
müəssisələr haqqında da demək olar. Ekoloji təmiz məhsul istehsal 
edən müəssisələr  əmtəə  (mal) dövriyyəsini sürətləndirə və böyük 
gəlir  əldə  edə  bilər.  Ekoloji  cəhətdən  zərərli  məhsulun  qiyməti 
aşağı salınmalıdır, xüsusi vergi tətbiq edilməlidir. 
Təbiəti istismar edən müəssisələrin məhsuluna qiymətlər 
qoyularkən  təbii  amillər  nəzərə  alınmahdır,  onlar  üçün  baza 
«qapayıcı» xərclər olmalıdır. Bununla yanaşı renta gəliri 
114 


ni  maksimum  götürmək  lazımdır.  Qiymətlərin  təyinatında  sabit 
dünya təmayülü ondan ibarətdir ki, durmadan təbii ehtiyatların nisbi 
bahalaşması,  renta  münasibətləri  sisteminin  tətbiq  edilməsidir. 
Təbii  ehtiyatların  qiymətləndirilməsində  gələcək  nəsillərin  də 
marağı nəzərə alınmalıdır. 
Rusiyada  fəaliyyətdə  olan  qaydalara  əsasən  müəssisələr 
əgər  təbiəti  mühafizəyə  ayrılmış  vəsaiti  mənimsəyirlərsə,  ona 
müqabil  ödəmələrin  məbləğində  korrektiv  (düzəliş)  aparılır.  Bu 
düzəlişlərin  təşəbbüskarı  təbiətdən  istifadə  edən  olmalıdır. 
Qiymətvermə «Təbiəti mühafizə tədbirlərinin siyahısına» müvafiq 
apanhr.  Bundan  başqa,  müəssisə  əgər  əhaliyə  sosial  və  mədəni 
sferalarda  xidmət  göstərirsə  ödəmələrin  ölçülərinin  azalmasına 
ümid bəsləyə bilər, yaxud ondan tamam azad ola bilər. 
Bütövlükdə, təbiətdən səmərəli istifadənin hər bir vasitəsi 
(instrumenti) yaranmış vəziyyətdən asılı olaraq müxtəlif dərəcədə 
səmərə verə bilər. 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin