Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar


)  təbii  ehtiyatlardan  istifadə  hüququna  görə  ödəmə;  2



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə46/78
tarix02.01.2022
ölçüsü1,23 Mb.
#40897
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   78
1
)  təbii  ehtiyatlardan  istifadə  hüququna 
görə  ödəmə; 
2
)  təbii  ehtiyatların  mühafizəsi  və  artırılması  üçün 
ödəmə.  Təbii  ehtiyatlardan  istifadə  hüququna  görə  ödəmə, 
mülkiyyətin realizasiya forması kimi mütləq həm də diffe- rensial 
rentanın  alınması  deməkdir.  Bir  halda  ki,  effektlər  müəssisənin 
fəaliyyətindən  asılı  deyil,  deməli  onlar  aimmalıdır.  Ödəmələrin 
mütləq  qiyməti  ya  tender  (konkurs,  müsabiqə)  yolu  ilə  müəyyən 
edilə  bilər,  ya  da  bank  faizinin  səviyyəsi  ilə  bağlana  bilər.  Təbii 
ehtiyatlann artmlması və mühafizəsinə görə ödəmə təsərrüfata cəlb 
edilmiş təbii ehtiyatların bərpasına çəkilən xərclərdir. 
Təbii  ehtiyatlardan  istifadəyə  görə  ödəmələrin  növləri 
aşağıdakılardan ibarətdir: 
-  Yerin təkindəki istifadəyə görə ödəmələr; 
-  mineral-xammal bazasımn artınlmasma görə ödəmələr; 
-  meşə gəliri (meşədən istifadəyə görə); 
-  sənaye müəssisələrinin su götürməsinə görə ödəmələr; 
-  torpaqdan istifadəyə görə torpaq vergisi; 
-  heyvanların ovlanmasına (izazəyə) görə ödəmə; 
- təbiətdən istifadəyə görə lisenziya verilməsinə görə ödəniş. 
Yer təkindən istifadə edilərkən aşağıdakı  ödəmə  növləri 
həyata keçirilir: 
- konkursda (auksionda) iştiraka görə yığım və lisenziya 
almağa görə rüsum; 
-  mineral-xammal bazanın bərpası üçün tutulma. 
Yerin təkindən istifadəyə görə bəzən aşağıdakı ödəmələr 
də təklif edilir: 
- faydalı qazıntı yataqlanmn axtarışı və kəşfiyyatına görə 
ödəmələr; 
-  faydalı qazıntıların hasilatına görə ödəmələr; 
117 


-  Yerin təkindən başqa məqsədlər üçün istifadəyə görə 
ödəmələr. 
Ödəmələrin  formalan  birdəfəlik  və  hasilatdan  sonra 
müntəzəm olur. Bu ödəmələrin son (yekun) ölçüləri Yer təkindən 
istifadə  üçün  lisenziyada  möhkəmləndirilir.  Mineral-  xammal 
bazanın  artınlması  üçün  ödəmələr  satılmış  məhsulun  qiymətindən 
pay (faiz) kimi tutulur. Yer təki üçün ödəmələr müxtəlif ölkələrdə 
müxtəlif  səviyyəli  büdcələrə  daxil  olur.  Yer  təkinin  istifadəsinin 
növündən  asılı  olaraq  vəsaitin  mərkəzləşdirilməsi  və  ya  büdcələr 
arasında paylanması müvafiq qaydalarla müəyyən edilir. Rusiyada 
geniş  yayılmış  faydalı  qazıntılara  (qum,  gil,  çınqıl,  çaqıl,  qumca, 
gilcə  və  s.)  görə 
100
  %  yeraltı  ödəmə  (Yerin  təkindən  istifadə 
hüququna görə ödəmə) yerli büdcələrə daxil olur. Geniş yayılmayan 
faydalı  qazıntıların  hasilatı  zamanı  ödəmələrin  paylanması 
aşağıdakı  kimi  olur-  yerli  büdcəyə-  50  %,  regional  (vilayət) 
büdcəyə-25 %, federal büdcəyə-25 %. Azərbaycanda hələlik bütün 
ödəmələr mərkəzi büdcəyə daxil edilir. 
Meşədən istifadəyə görə ödəmələr sistemi: 
-  meşə gəliri; 
-  icarə haqqı. 
Oduncağın  bir  dəfəlik  köküstü  satışında  tələb  və  təklif 
nəzərə  alına bilər və müvafiq olaraq alver (auksion) aparıla bilər. 
Torpağa görə ödəmələrin forması aşağıdakı kimidir: 
-  torpaq vergisi; 
-  icarə haqqı; 
-  torpağın normativ qiyməti. 
Torpaq vergisi kənd təsərrüfatı, şəhər, şəhərətrafı, meşə 
torpaqları,  faydalı  qazıntılar  olan  torpaqlar  və  digər  kateqoriyalı 
torpaqlar  üçün  müəyyən  edilmişdir.  Torpaq  vergisinə  torpaq 
mülkiyyətçiləri,  torpaq  sahibləri  və  torpaqdan  istifadə  edənlər 
məruz  qalırlar.  Torpaq  vergisinin  ölçüləri  sabit  ödəmələr  halında 
torpaq  sahəsi  vahidinə,  onun  keyfiyyəti  və  məqsədi  nəzərə 
alınmaqla təyin edilir və il ərzində fəaliyyət 
118 


göstərir. Qeyri-kənd təsərrüfatı torpaqları üçün vergi təyin edərkən 
torpaq  vergisinin  normativindən  əlavə  şəhərlərin  statusu,  kurort 
zonası və s. nəzərə alınır. İcarə haqqı sahənin iqtisadi qiymətlərinə 
əsasən, bərpa üçün (artırma üçün) xərclərə görə təyin edilir, ölçüləri 
(miqdarı,  qiyməti)  isə  tərəflərin  qarşı-  lıqh  razıhğma  əsasən 
müqavilədə göstərilir. 
Torpağın  normativ  qiyməti-müəyyən  keyfiyyətə  və 
coğrafi  yerləşmə  mövqeinə  malik  sahənin  hesablama  dövrü  üçün 
potensial  özünüdoğrultma  (xərclərini  çıxarma)  ya  əsasən  dəyərini 
səciyyələndirən  göstəricidir.  Torpağın  normativ  qiyməti  torpağı 
mülkiyyətə 
verərkən 
torpaq 
münasibətlərinin 
iqtisadi 
tənzimlənməsində  istifadə  edilir.  Torpaq  irsən  keçəndə, 
bağışlananda,  girov  qoyulanda  deyilən  yanaşma  tətbiq  edilir.  Bu 
qiymət torpaq vergisində torpaq sahəsinin vahidinə hasil kimi qəbul 
edilməlidir.  Rayonun  və  ya  şəhərin  inzibati  rəhbərliyi  onun 
qiymətini 25 %-dən çox olmayaraq həm artıra, həm də azalda bilər. 
Torpaq  vergisinin  müxtəlif  səviyyəli  büdcəyə  daxil 
olması kənd təsərrüfatı sahələri və şəhər torpaqlan üçün müxtəlifdir. 
Rusiyada  federal  büdcəyə  daxil  olan  verginin  miqdarı  federasiya 
subyektindən  asılı  olaraq,  təbii-coğrafi  amilləri  nəzərə  almaqla 
müxtəlif  olur.  Azərbaycanda  torpaqların  normativ  qiymətləri 
kadastr  qiymətləridir  və  coğrafi  yerləşmədən  və  şəhərlərin 
məhəllələrinin əhəmiyyətindən asıh olaraq (ekoloji, iqtisadi, inzibati 
və s.) hər hansı yüksəldici əmsala vurulur. 
Suya görə ödəmə keçmiş Sovet İttifaqında, o cümlədən, 
Azərbaycanda, 1982-ci ildən xərc metodu əsasında  tətbiq edilirdi. 
Hazırda suya  görə ödəmələr həm  səth  suları,  həm  də  yeraltı  sular 
üçün  alınır.  Azərbaycanda  suya  görə  ödəmələr  1990-cı  ilin 
qiymətləri ilə 1992-ci ildən tətbiq edilir, pulun qiymətdən düşməsi 
ilə  əlaqədar  həmin  məzənnələr  1995-ci  ildə  10  dəfə  artınlmışdır. 
Lakin  artıq  o  vaxtdan  sonra  bu  qiymətlər  də  özünü  doğrultmur. 
Xüsusən,  yeraltı suların  qiymətləri  çox aşağı müəyyən edilmişdir. 
Ona görə də içmək üçün tam yararlı şirin yeraltı suların 80-90 %-i 
pulsuz (yalnız xidmət haqqı alı 
119 


nır) istifadə edilir. Kür çayının suyu iki böyük su kəməri vasitəsilə 
Bakı  şəhərinə  verilir.  Hazırda  Azərbaycanda  qazılmış  15000-dən 
çox şirin su verən quyuların illik istismar ehtiyatı rəsmi olaraq 5,0 
milyard  kub.m  göstərilmiş,  əslində  isə  7,0-7,5  milyard  kub.m-dir. 
Eyni zamanda, yeraltı sular üzrə mineral- xammal bazasını artırmaq 
üçün ayırmalar həyata keçirilir və su obyektlərinə çirkli maddələrin 
axıdılmasına görə ödəmələr tutulur. 
Resurslardan istifadəyə görə ödəmələr Rusiyada Federal, 
regional  və  yerli  büdcələrə  daxil  edilir.  Ödəmələrin  büdcələr 
arasında paylanma nisbəti resursların növündən asıhdır. 
Rusiyada  təbiətdən  istifadədən  büdcəyə  daxil  olan 
gəlirlər: 
-  royaltı payı və sudan istifadəyə görə ödəmələr; 
-  mineral-xammal  bazasının  artırılması  üçün  ayırmalann 
(yığımlann) payı; 
-  torpaq vergisindən və kənd təsərrüfatı torpaqlanmn icarəyə 
verilməsindən ahnan gəlirlər; 
-  alman haqqın müəyyən qismi; 
-  şəhər  və  digər  yaşayış  məntəqələri  torpaqlarının  icarəyə 
verilməsindən alınan vəsaitin müəyyən qismi; 
-  ətraf  mühiti  çirkləndirməyə  görə  ödəmələrin  payı 
(Rusiyada bu rəqəm 10 %, Azərbaycanda isə 100 % təşkil 
edir). 
Adətən, təbiətdən istifadədən dövlət büdcəsinə gəlirlərin 
məbləği ekoloji məqsədlərə yönəldilən xərclərdən çoxdur. Məsələn, 
Rusiyada bu rəqəm 1995-ci ildə gəlir üçün 1,98 %, xərclər isə 1,03 
%,  1996-cı  ildə  isə  müvafiq  olaraq-  3,2  %  və  0,75  %  olmuşdur. 
Azərbaycanda isə bu rəqəm daha aşağıdır. 
Təbii  ehtiyatlardan  istifadə  hüququna  görə  ödəmələr  iki 
hissədən  ibarətdir: 
1
)  normativlər  hüdudunda  (daxilində)  istifadə 
hüququna  görə,  2)  normadan  artıq  istifadəyə  görə.  Birinci  hissə 
faktiki  olaraq  məhsul  alıcılarının  (istehlakçılann)  üzərinə  düşür. 
Əgər  bu  ehtiyatlar  daha  səmərəli  istifadə  edilərsə  istehsalçılar  bu 
hissədə əlavə gəlir əldə edə bilərlər. Ödəmə 
120 


lərin ikinci hissəsi istehsalçının gəliri hesabına örtülməlidir, çünki 
həmin məbləğ buraxılan məhsulun maya dəyərinə salına bilməz. 
Təbii 
ehtiyatların 
bərpasına 
(artırılmasına) 
və 
mühafizəsinə  görə ödəmələr  məhsulun maya dəyərinə  əlavə edilir 
və xüsusi fondların mənbəi olur. Rusiyada ilkin mərhələdə nəzərdə 
tutulan üç fonddan (meşə, su və Yerin təki) yalnız Yerin təki üzrə 
fond qalmışdır. 
Bütövlükdə, qeyd etmək lazımdır ki, təbii ehtiyatlara görə 
ödəmələrin  qiyməti  (ölçüsü)  xeyli  aşağıdır.  Onlann  vaxtında 
indeksləşdirilməsi  həyata  keçirilməli,  dünya  təcrübəsində 
ehtiyatlara  qiymətqoyma  meylləri  nəzərə  alınmalıdır.  Məsələn, 
cəriməyə görə ödəmə Rusiyada 5 % təşkil edir, ixracata gedən meşə 
materialı  üçün  bu  rəqəm  40  %  -dir.  Gələcəkdə  müxtəlif  təbii 
ehtiyatlardan  istifadəyə  görə  ödəmələri  onların  tam  iqtisadi 
qiymətinə  müvafiq  olan  səviyyəyə  qədər  mərhələlərlə  həyata 
keçirtmək  lazımdır.  Belə  halda,  ola  bilsin  ki,  renta  iqtisadiyyatı 
ideyasını həyata keçirmək mümkün olsun. Dövlət büdcəsinin gəlir 
hissəsi əsasən rentamn tam həcmdə tutulması hesabına da formalaşa 
bilər. 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin