İsa Musayev, Mətləb Əlizadə


 Fərdi kompüterlərin aparat təminatı



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə46/266
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#41394
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   266
Informatikanin esaslari aze

3.3 Fərdi kompüterlərin aparat təminatı 
Müasir  fərdi  kompüter  elektron  mikrosxemlər  üzərində  qurulmuş,  ixtiyari  növ 
informasiyanın qəbulu, saxlanması, emalı və ötürülməsi üçün yaradılmış sistemdir. 
Sadə  istifadəçilər  adətən  fərdi  kompüterlərlə  işlədiklərindən,  burada  əsasən  fərdi 
kompüterdən bəhs ediləcəkdir. 
İntel  firmasının  prosessorları  bazasında  yaradılmış  fərdi  kompüterlər  daha  geniş 
yayılmışdır. 
Son  zamanlar  çəkisi  2-2,5  kq  olan  daşınar  fərdi  kompüterlər  -  noutbuklar  sürətlə 
yayılmaqdadır. 
Aparat  təminatı  dedikdə,  kompüteri  təşkil  edən  və  onu  şəbəkəyə  qoşan  bütün 
avadanlıqlar çoxluğu (kompüter ―dəmiri‖ - hardware) nəzərdə tutulur. 
Aparat  təminatına,  ilk  növbədə,  prosessor,  ana  plata  və  onun  əsas  mikrosxemləri, 
yəni kompüterin bütöv arxitekturasını müəyyən edən  çipsetlər
80
, əsas operativ yaddaşın 
mümkün tipləri, videokart, disk qurğuları, monitor, printer və digər periferiya qurğuları 
aiddir. 
Hər  bir  fərdi  kompüter  istifdəçisi  texniki  vasitələr  və  onların  inkişaf  tarixi  barədə 
kifayət qədər dərin biliyə malik olmalıdır. 
Fərdi kompüterlərin bütün komponentləri son dərəcə böyük sürətlə təzələnməkdədir. 
Son  illərdə  stolüstü  kompüterlər  və  noutbuklar  üçün  çoxnüvəli  prosessorlar,  yaddaşla, 
video altsistemlə, sərt disklərlə yüksək sürətli iş təmin edən yeni şinlər, qiqabitlik naqilli 
və naqilsiz şəbəkələrlə işləmək üçün inteqrasiya edilmiş kontrollerlər yaradılmışdır. 
                                                 
78
 
məsələn, 15-i 5 və 3 kimi 2 vuruğa ayırmaq kimi
 
79
 
domino.research.ibm.com/comm/pr.nsf/-pages/rsc.quantum.html?Open&printable.
 
80
  Çipset  (chipset)  –  ana  platada  mikrosxemlər  yığımı  olub,  prosessorun  yaddaşla  və  xarici  qurğularla 
işləməsini təmin edir.
 


 
39 
Maye-kristallik  monitorlar  elektron-şüa  borulu  monitorları  sıxışdırıb  bazardan 
çıxarmışdır.  
Ev kompüterinin yeni konsepsiyası irəli sürülmüşdür ki, bu da faktiki olaraq, təkcə 
DVD-disklərlə  işləməklə  kifayətlənməyən,  yüksək  keyfiyyətli  çoxkanallı  audiosistemi 
olan,  İnternetdən  radio  televiziya  translyasiyalarını  qəbul  edən,  həmçinin,  FM  və  TV-
tünerlərlə təchiz edilmiş mediamərkəzdir
Kompüterin  aparat  təminatı  və  onun  son  nailiyyətləri  barədə  dərin  biliyə  malik 
olanlar mənəvi cəhətdən köhnəlmiş texnikanı yaxşı tanıyırlar. 
İntel mikroprosessorunun prinsipial sxeminə: hesab-məntiq qurğusu, idarəedici blok, 
ilkin  seçim  bloku,  registrlər  bloku,  dekodlaşdırma  bloku,  keş-verilənlər,  şinlər  bloku, 
əmrlər üçün keş-yaddaş, giriş və çıxış blokları daxildir. 
Mərkəzi  prosessorun  iş  prinsipini  belə  təsəvvür  etmək  olar:  emala  daxil  olan 
informasiya  ilkin  seçim  blokunun  idarəsi  altında  sistem  yaddaşından  şinlər  bloku 
vasitəsilə  prosessorun  keş-verilənlərinə,  əmrlər  isə  əmrlər  üçün  olan  keş-yaddaşa 
ötürülür.  Dekodlaşdırma  bloku  əmrlərin  kodunu  açıb,  2-lik  koda  çevirir  və  idarəedici 
bloka  və keş-yaddaşa  icraya  göndərir.  Hesab-məntiq  qurğusu  əmrə  uyğun  əməlləri  icra 
edib  alınmış  nəticələri  registrlər  blokuna  ötürür.  Sonra  registrlərin  məzmunu  sistem 
yaddaşına və ya xarici qurğulara ötürülür. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin