İsa Musayev, Mətləb Əlizadə


 Növbəti nəsil kompüterləri



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə45/266
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#41394
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   266
Informatikanin esaslari aze

3.2.4 Növbəti nəsil kompüterləri. 
Hesablayıcı qurğuların ölçüləri daim kiçilir. Vaxt var idi ki, elə bilirdilər, maşınların 
gücü  artdıqca  periferiya  qurğularına  və  yaddaşa  daha  böyük  sahə  tələb  olunacaqdır.  Bu 
təsəvvürün yanlış olduğu aşkara çıxdı. 1965-ci ildə Qordon Mur müəyyən etdi ki, hər 18 
ayda  hesablayıcı  sistemlərin  məhsuldarlığı  2  dəfə  artır
76
.  Bu  qayda  hal-hazırda  Q.Mur 
qanunu  adlanır.  Q.Murun  inteqral  mikrosxemlərdəki  tranzistorların  sayının  zamandan 
asılılığı  üçün  aşkarladığı  empirik  qanuna  əsasən  ayrı-ayrı  tranzistorların  miniatürləş-
dirilməsi  templərini  müəyyən  etmək  mümkündür.  Q.Mur  qanununa  görə,  elementar 
hesablayıcı  modullarının  ölçülərinin  ildə  10-30%  azalması  göstərir  ki,  yaxın  5-10  il 
                                                 
74
 
http://www.ptc.spbu.ru
 
75
 
www.osp.ru/os/2000/05-06/178019/
 
76
 
Moore H. // Electronics. 38, 1965, № 8
 


 
37 
ərzində elementar modulların ölçüləri təqribən 100-200 anqstrem, yəni, 0,01-0,02 mikron 
təşkil  edəcəkdir.  Bu  o  deməkdir  ki,  elementar  hesablayıcı  qurğuların  ölçüləri  sürətlə 
molekul və hətta atom ölçülərinə yaxınlaşır.  
Lakin  bu  səviyyədə  klassik  fizika  qanunları  işləmir.  Bu  səviyyə  kvant  fizikası 
qanunlarının  hökmünə  tabedir  ki,  bunların  da  təbiəti  nəzəri  səviyyədə  hələ  axıradək 
öyrənilməmişdir.  
Bu qurğuların işini təsvir etmək üçün informatikanın klassik obyektləri və metodları 
yaramır.  Belə  ki,  Heyzenberqin  qeyri-müəyyənlik  prinsipinə  əsasən  sözü  gedən 
mikroskopik sistemlərdə ―bit‖ anlayışına analoq tapmaq mümkün deyildir. Yeni qurğular 
2-lik rəqəmlər əvəzinə ―dalğa funksiyaları‖ ilə (―kvantlıq bitlərlə‖) iş görəcəkdir.  
İnformatika öz inkişafında, müəyyən mənada, ―hesab‖dan ―funksional təhlil‖ə keçid 
edəcəkdir.  Bu,  bir  tərəfdən,  əsas  klassik  alqoritmlərin  yenidən  düşünülməsinə  və 
əvəzlənməsinə  şərait  yaradırsa,  digər  tərəfdən  də  süni  intellekt  problemlərinin  həllinə 
yaxınlaşdırır. 
İri  universitetlərin  elmi-tədqiqat  laboratoriyalarında  və  transmilli  informasiya 
texnologiyaları  (TİT)  şirkətlərində  yeni  nəsil  hesablayıcı  qurğuların  element  bazasının 
yaradılması üzrə əsas istiqamətlərin aşağıdakı bir-neçə variantı üzərində işlər aparılır
77

-nüvə  maqniti  və  ya  elektron  paramaqnit  rezonansı  prinsiplərinə  əsaslanan  element 
bazası; 
-Pauli  və  ya  Penninq  tələlərində  yerləşdirilən  atom  ionlarına  əsaslanan  element 
bazası; 
-yüksəkkeçiricilik hadisəsinə əsaslanan element bazası; 
-qeyri-üzvi yarımkeçirici sistemlərdə kvant nöqtələrinə əsaslanan element bazası; 
-kvant məntiqinin optik simulyasiyasına və ya metal-bioloji hibridə əsaslanan element 
bazası.  
Bu  istiqamətlərin  əksəriyyəti  ciddi  nöqsanlara  malik  olduqlarından,  hələlik 
rəqabətqabiliyyətli hesablayıcı qurğuların yaradılmasını qeyri-mümkün etməkdədir. Buna 
xarakterik misal olaraq IBM korporasiyasının 1999-cu ildə işləyib hazırladığı molekulyar 
element  bazası  layihəsini  göstərmək  olar.  Belə  ki,  bu  layihənin  reallaşdırılmasına  5  il 
ərzində 17 milyard dollar xərclənmiş və 5 və ya 7 kvantlıq bitlə əməliyyat apara bilən 7 
                                                 
77
 
Граничин О.Н., Молодцов С.Л. Создание гибридных сверхбыстрых компьютеров и системное 
программирование. СПб., 2006
 


 
38 
ton  çəkiyə  malik,  yalnız  primitiv  məsələləri
78
    həll  etməyə  qadir  olan  bir  maket 
hazırlanmışdı
79
.  
Hal-hazırda yeni nəsil kompüterlər üçün element bazasının yaradılması üzrə nisbətən 
daha  perspektivli  istiqamət  elektrostatik  və  ya  maqnit  tipli  qarşılıqlı  fəaliyyət  əsasında 
kvantlı bitllər funksiyasını icra edən bərkcisimli sistemlərdə özünü təşkil edə bilən kvant 
nöqtələrindən istifadəyə əsaslanan istiqamətdir. 
 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin