İlk tibbi yardım.Zədələnmənin və ya xəstəliyin mümkün olan ağırlaşmaların
qarşısını almaqla və onların gedişini yüngülləşdirməklə zədələnmiş şəxsin həyatını
xilas edə biləcək ən sadə tədbirlərin y\yetirməkdən ibarətdir.İnsan həyatı ,sonradan
ona göstərilən həkim müalicəsinin nəticəsi çox vaxt düzgün və vaxtında aparılan ilk
yardımdan asılı olur.Əlbətdə biz həkimi əvəz edə bilmərik,lakin təlimdə
öyrəndiyimiz üsullardan istifadə edərək ixtisaslı həkimə qədər xəstəyə daha çox
ziyan vura biləcək fəsadların aradan qaldərılmasına yardımcı ola bilərik.
İlk yardın göstərərkən güclü qanaxma ,elektrik vurma,günvurma,dəm qazı ilə
zəhərlənmə,boğulma,ürək fəaliyyətinin dayanması,tənəffüsün kəsilməsi,habelə bir
sıra başqa hallarda vaxt itirilməməlidir.Çünki vaxtın itirilməsi zərərcəkənin ölümü
ilə məticələnə bilər.İlk tibbi yardım aşağıdakı əsas tədbirləedən ibarətdir.
1)Xasərət almış şəxsi hadisə yerindən uzaqlaşdıraraq daha təhlükəsiz yerə
aparılması.
2)Xarici zədəliyici amilin təsirini həmin dəqiqə kəsilməsi.
3)Xarici qanaxmanın müvvəqəti saxlanılması.
4)Tənəffüsün qəflətən dayanması hallarında süni tənəffüsün aparılması.
5)Ürək fəaliyyətinin qəflətən dayanması hallarında ürəyin qapalı masajının icra
edilməsi.
6)Ağrıkəsici dərmanların yeridilməsi.
7)Yara yaxud yanıq səthinə aseptik sarğının qoyulması.
8)Zədələnmiş ətrafın immobilizasiyası.
9)Kəskin zəhərlənmədə mədənin yuyulması və spesifik antidotun yeridilməsi.
10)Xəstələrin şüuruna, nəbzinə,tənəffüsünə,bədən temper turuna nəzarət
edilməsi.
Xəstəlik:orqanizmin həyat fəaliyyətinin pozulmasını xarakterizə edir.
Diaqnoz: Xəstənin şikayətləri ,indiki xəstəliyin tarixi ,qabaqlar kecirilmiş xəstəliklər
,həyat tarixi və xəstəliyin obyektiv müayinəsi,zamanı alınmış nəticələrə əsasən
xəstəliyin müəyyən edilməsindən ibarətdir.
Dostları ilə paylaş: |