TiBBİ BİLİKLƏRİN Əsaslari



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə9/51
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#41693
1   ...   5   6   7   8   9   10   11   12   ...   51
TİBBİ BİLİKLƏRİN ƏSASLARI

KitabYurdu.az 

6



6.hüceyrənin genetik proqramının pozulması.   

Zədəliyici  amillərin  təsirindən  heceyrənin  endoplazmatik  şəbəkəsi  şişir,kiçik 

dənələrə 

parçalanır,membranının 

forması,ondakı 

ribosomların 

sayı 

dəyişilir:mitoxondrilər 



şişir,lizosomlar 

dağılıb, 

fermentləri 

sitoplazmaya 

keçərək,hüceyrənin  strukturlarını  zədələyə  və  onu  məhv  edə  bilər.Bu  fermentlərin 

təsirindən sitoplazma zülalları laxtalanır,parçalanır, dağılır,əriyir.Hüceyrənin nüvəsi 

sərtləşir parçalanır,tamamilə əriyib,sitoplazmaya qarışır. 

Distrifiya – maddələr mübadiləsinin pozulması nəticəsində törənib,hüceyrənin həyat 

fəaliyyətini 

pozan 


funksional 

,plastik 

və 

struktur 



dəyişikliklərinin 

məcmusudur.Karbohidrat,zülal,yağ,mineral, piqment distrofiyası baş verə bilər.

Displaziya 

–hüceyrələrin  diferensiasiyasının  pozulması  nəticəsində  əmələ 

gəlib,onların  həyat  fəaliyyətini  pozan  davamlı  struktur,  metabolik,funksional 

dəyişikliklərdir. 

Displaziyalar arasında metaplaziya ayırd edilir ki,bu da orqana xas olan hüceyrələrin 

başqa tipli hüceyrələrlə əvəz olunmasından ibarətdir. 

Nekroz (yun.nekros-ölü)-hüceyrələrin məhfi,yəni onların həyat fəaliyyətinin dönməz 

sürətdə kəsilməsidir. 

Apoptoz  –hüceyrənin  proqramlaşmış  məhvidir.Bu  müəyyən  genlərin  tənzim 

etdiyi,mərhələlərlə  hüceyrələrin  həyat  fəaliyyətinin  kəsilməsinə  səbəb  olan 

proqramın reallaşmasının nəticəsidir. 

Mikrosirkulyasiya-orqanizmin  müxtəlif  mayelərinin  mikroskopik  qan  və  limfa 

damarlarında,heceyrəarası  sahədə  və  toxuma  mikrosistemlərinin  ətrafında 

hərəkətidir. 

Mikrosirkulyasiya  sistemi  periferik  qan  dövranının  bir  hissəsi  olub,qanla  ətraf 

toxumlar arasındakı maddələr mübadiləsinin bilavasitə təmin edir.

Mikrosirkulyasiya sisteminin fəaliyyəti aşağıdakı səbəblərədən pozula bilər: 

1.Mikrosirkulyasiya sistemi damarlarının divarındakı dəyişikliklər-travma,iltihab və 

s. 

2.Damar daxilindəki dönər və dönməz dəyişikliklərş. 



3.Damardanxaric dəyişikliklər. 

4.Qarışıq xarakterli dəyişikliklər. 

İltihab-damarların,birləşdirici  toxumanın  və  sinir  sisteminin  iştirakı  ilə  orqanizmin 

yerli zədələnməyə qarşı kompleks cavab reaksiyasıdır. 

İltihabınetiologiyasında toxumanı zədələyən hər hansı amil iştirak edə bilər.İltihaba 

səbəb  olan  amıllər  floqogenlər  adlanır  ki,bunlar  da  ekzogen  və  endogen 

olur.İltihabədaha cox infeksiyon amillər törədir. 

İltihabın patogenezi çox mürəkkəb olur,onun gedişində 5 mərhələ ayırd edilir: 

1.Alterasiya-toxuma və hüceyrələrin zədələnməsi. 

2.Mediatorların  azad  olması  və  maddələr  mübadiləsinin  pozulması-bioloji  aktiv 

maddələr  olan  mediatorlar  orqanizmin  normal  həyat  fəaliyyəti  zamanı  müxtəlif 

orqan və toxumalarda fizioloji konsentraiyalarda əmələ gələrək,həmin səviyyələrdə 

funksiyaların tənzimində iştirak edir. 

3.Damar  keçiriciliyinin  yüksəlməsi,ekssudasiya  və  emiqrasiya-Bu  mərhələdə 

aşağıdakı ardıcıl reaksiyalar müşahidə edilir: 

a)Arteriolaların qısamüddətli spazması. 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin