Sinir sisteminin fəaliyyətində orqanizmin normal halının əhəmiyyəti. İnsan
müəyyən gigiyena qaydalarına əməl etmədikdə sinir sistemindəki ləngimə ona zərər
yetirə bilər. Məsələn, bəzi adamlar yemək yeyə-yeyə söhbət edir, ya kitab oxuyurlar.
Bu kənar qıcıqlandırıcılar şərti və şərtsiz qida reflekslərini ləngidir. Nəticədə,
orqanizmin bəzi funksiyaları pozulur.
Uzun müddət fiziki işlə məşğul olduqda müəyyən vaxtdan sonra mərkəzi sinir
sistemi-nin müəyyən nahiyələri yorulmağa başlayır. Çox sürətlə yorulmanın
qarşısını almaq üçün iş zamanı fasilə ilə istirahət etmək çox faydalıdır. Bu vaxt
beynin oyanmış nahiyələrində ləngimə əmələ gəlir və onların normal fəaliyyətlərini
bərpa edir.
Hazırda istehsalatda çox zəhmət tələb edən proseslər geniş surətdə
avtomatlaşdırılır ki, bu da insanların əməyini yüngülləşdirməklə sinir sisteminin
yorulmasının qarşısını alır.
İnsanın zehni əməyi beyin qabığındakı külli miqdarda sinir hüceyrələrinin
fəaliyyəti ilə əlaqədardır. Uzun müddət mürəkkəb zehni əməklə məşğul olduqda
mərkəzi sinir siste-mində yorulma baş verir. Burada ləngimə oyanmaya üstün gəlir.
Bunlar arasında müvazi-nəti təmin etmək üçün istirahət etmək lazımdır. Bunun üçün
ən yaxşı vasitə zehni iş za-manı fasilələrdə başqa bir fiziki iş görməkdir. Tədris
emalatxanalarında, məktəb sahəsin-də keçirilən məşğələlər sizi nəinki gələcək zehni
əmək fəaliyyətinə hazırlayır, həm də mərkəzi sinir sistemində yorulmanın artmasına
mane olur. Məktəbdə keçirilən bədən tər-biyyəsi dərslərinin, müəssisələrdə aparılan
cürbəcür fiziki işlərin də bu cür əhəmiyyəti vardır.
Beləliklə, zehni əməklə fiziki əməyin növbələşməsi sinir sisteminin normal
fəaliyyəti üçün mühüm əhəmiyyətə malikdir. İnsanın yuxu rejimi pozulduqda və ya
2 – 3 sutka yat-madıqda sinir sistemi həddindən artıq yorula bilər. Bunun nəticəsində
həmin adam uzun müddət əmək qabiliyyətini itirir. Təcrübələr göstərir ki, bir neçə
sutka heyvanları yuxusuz qoyduqda onlar tələf olurlar.
Beləliklə, sinir sisteminin yorulmasının qarşısını alan qoruyucu müdafiə vasitəsi
sə-mərəli istirahətdir.
KitabYurdu.az
43