TiBBİ BİLİKLƏRİN Əsaslari



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə43/51
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#41693
1   ...   39   40   41   42   43   44   45   46   ...   51
TİBBİ BİLİKLƏRİN ƏSASLARI

KitabYurdu.az 

36



hazırladığı ödün təsirin-dən zərərsizləşdirilir. Lakin elə mikroorqanizmlər də vardır 

ki,  onlar  bağırsaqlara  salamat  keçir  və  burada  çoxalaraq,  məsələn,  qarın  yatalağı, 

dizenteriya,  vəba  kimi  yoluxucu  xəstəliklər  törədir.  Həmin  xəstəliklərə  tutulmuş 

adamları  dərhal  xəstəxanaya  göndərmək,  onların  yaşadığı  mənzili  isə  dezinfeksiya 

etmək lazımdır.  

      Bağırsaq  infeksiyaları  ilə  mübarizədə  antibiotiklərdən  istifadə  olunur.  Belə 

hallarda  qatıq,  süzmə,  tərəvəz,  meyvə,  kəpəkli  undan  bişirilmiş  çörək  yemək 

bağırsaq  bakteriya-larının  yaşama  qabiliyyətini  bərpa  etməyə  və  həzm  proseslərini 

qaydaya salmağa kömək edir.  

      Qurd  xəstəlikləri.  Adam  yaxşı  qızardılmamış,  yaxşı  bişirilməmiş  mal  və  balıq 

əti  ye-dikdə,  mal  ətində  olan  finnalar,  öküz  soliteri,  balıqda  olan  ağlentcə  isə 

heyvanda finnoz, insanda tenniarinxoz adlanan xəstəliklərin əmələ gəlməsinə səbəb 

olur.  

      Bunlara  qarşı  mübarizə  aparmaq  üçün  aşağıdakılara  əməl  etmək  lazımdır: 

yemək-dən  qabaq  əlləri  yumalı,  tərəvəz  və  meyvələri  təmiz  yuyub  yeməli, 

milçəklərin qonmama-sı, toz düşməməsi, üçün qidanın üzərini örtməli, hər vasitə ilə 

milçəkləri qırmalı, çiy su içməməli, ət və balığı yaxşı qızardıb, bişirib yeməli.  

      Alkoqolizmə  qurşanan,  narkotik  maddələrdən  istifadə  edən  adamlarda  qidanın 

həzmi  çətinləşir.  Mədənin  selikli  qişasının  iltihabı  –  qastrit  əmələ  gəlir.  Spirtli 

içkilərin təsirindən qaraciyər zədələnir və nəticədə seroz xəstəliyinə məruz qalır.  


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin