Baş və onurğa beyni üç qişa ilə örtülür. Xaricdən sərt qişa birləşdirici toxumadan
iba-rət olub kəllənin və onurğa kanalının boşluğunu örtür. Orta hörümçəyəbənzər
qişa – sinir və damarlardan ibarət nazik qişadır. Daxili-damarlı qişa beyinə birləşir
və çoxlu qan damarlarından ibarətdir.
Refleks haqqında anlayış. Hər hansı bir refleksin baş verməsi üçün müəyyən
ana-tomik və fizioloji əsas lazımdır, əks halda heç bir refleks yarana bilməz.
Mərkəzi sinir sisteminin iştirakı ilə orqanizmin daxili və xarıcı qıcıqlara qarşı
verdiyi cəld cavab reaksi-yalarına refleks deyilir.
Refleks haqqında anlayış elmə ilk dəfə 17-ci əsrin birinci yarısında R.Dekart
tərəfin-dən daxil edilmişdir.
Sinir impulsunun reseptorlardan işçi orqana qədər keçdiyi yola – refleks qövsü
deyilir.
Refleksin əmələ gəlməsi üçün refleks qövsünün bütün hissələri tam olmalı, yəni
fəaliyyət göstərməlidir. Refleks qövsü 5 hissədən ibarətdir:
1. Qıcığı qəbul edən hissə, reseptorlar.
2. Oyanmanı mərkəzi sinir sisteminə nəql edən duyğu və ya hissi, yəni mərkəzəqa-çan
sinir.
3. Oyanmanı aralıq neyronun iştirakı ilə hərəki neyrona nəql edən mərkəzi hissə, yəni
mərkəzi sinir sisteminin bir hissəsi.
4. Oyanmanı mərkəzi sinir sistemindən işçi orqana aparan, hərəki, mərkəzdənqaçan
sinir.
5. İşçi orqan, yəni alınan qıcığa cavab verən hissə.
Hissi neyronlar reseptorları mərkəzi sinir sistemi ilə birləşdirib məlumatları ona
nəql edir, ya da özü resetor rolu oynayır. Hərəki neyronlar oyanmaları mərkəzi sinir
sistemin-dən işçi orqana ötürür. Aralıq neyronlar hissi və hərəki neyronları bir-birilə
birləşdirir. Məsələn, baş beyni kəsilib atılmış, onurğa beyni salamat qalan
qurbağanın pəncəsini zəif turşu məhsuluna salandan bir necə saniyyə sonra pəncəni
oradan çıxarır. Buna səbəb turşunun pəncənin dərisində olan reseptorları
qıcıqlandırmasına qarşı mərkəzi sinir siste-minin verdiyi cavab reaksiyasıdır. Bu
refleksin alınması üçün refleks qövsünün hər bir hissəsi normal və tam olmalıdır.
Refleksin düzgün elmi izahı 18-ci əsrdə çex alimi Y. Proxaski tərəfindən
verilmişdir.
19-cu əsrin ikinci yarısında rus alimi İ. M. Seçenov refleks təlimini yeni nəzəri
və təc-rübi baxımdan işıqlandırmışdır. İ. M. Seçenova görə təkcə hərəkətlər deyil,
şüur və psixi fəaliyyətin əsasını da reflektor prinsip təşkil edir. Sinir sistemi öz
təkamülündə
sadədən
mürəkkəbə,
ibtidaidən
aliyə
doğru
aşağıdakı
mürəkkəbləşməyə məruz qalıb.
1. Onurğasız heyvanlardan hidrada ilk dəfə səpkin və ya diffuz sinir sistemi
əmələ gəlmişdir.
2. Meduzalar da isə sapabənzər sinir sistemi əmələ gəlmişdir.
3. Onurğasız heyvanlardan qurdlar, molyuskalar, cücülər, və dərisitikanlılarda
düyunlü sinir sistemi inkişaf edir.
4. Xordalı heyvanlarda borulu sinir sistemi inkişaf edir.
Sinir sisteminin təkamülünə uyğun olaraq reflektor reaksiyalarda sadə və
mürəkkəb formalarda davranış hərəkətləri özünü göstərir.
Dostları ilə paylaş: