2) Arxa beynin törəməsi – varol körpüsü və beyincik.
3) Orta beyin.
4) Aralıq beyin.
5) Uc beyin və ya baş beyin yarımkürələri.
Baş beynin sütun və ya kötük hissəsini uzunsov, arxa, orta və ara beyin təşkil
edir. Baş beyin kəllə boşluğunun içərisində yerləşir. Orta yaşlı insanlarda baş beynin
kütləsi 1100 – 2000 qramdır. Onurğa beynində olduğu kimi, baş beyində ağ və boz
maddə ayırd edilir. Boz maddə xaricdə, ağ maddə daxildə yerləşir. Ağ maddə
nəqledici yolları əmələ gətirir. Bunlar baş beyni onurğa beynilə, həmçinin digər
şöbələri bir-birilə əlaqələndirir.
Uc beyin həcmcə inkişaf edərək döldə beynin digər şöbələrinin üzərini örtür. O,
beyin yarımkürələri və ara beyni əmələ gətirir.
Baş beynin müxtəlif şöbələrindən 12 cüt beyin siniri çıxır. Bunlara qoxu, görmə,
gözün hərəki, blokvari, üçlü, uzaqlaşdırıcı, üz, eşitmə və müvazinət, dil-udlaq, azan,
əla-və dilaltı sinirlər aiddir.
Uzunsov beyin. Uzunsov beyin onurğa beynin davamıdır. İnsanda onun
uzunluğu 2,5 sm, çəkisi 7 qrama çatır. Yuxarıdan varol körpüsü, aşağıdan böyük
ənsə dəliyi ara-sında yerləşir. Boz maddə daxildə, ağ maddə xaricdə yerləşir.
Uzunsov beyində 4 mədə-cik yerləşir.
Uzunsov beyində bir çox həyati əhəmiyyəti olan mərkəzlər, tənəffüs, ürəyin
fəaliyyəti, damarların tonusu, əmmə, çeynəmə, tüpürcək udma, mədə şirəsi, mədə
evakuasiyası, mədəaltı vəzi şirəsi, öd ifrazı və s. yerləşir.
Arxa beyin. Arxa beyin beyincik və varol körpüsündən əmələ gəlir. Körpü boz
və ağ maddədən təşkil olunub. Burada beyincik yarımkürələrini mərkəzi sinir
sisteminin digər şöbələri ilə birləşdirən çoxlu yollar yerləşir.
Beyinciyin pozğunluğu zamanı hərəkətlərin əlaqələndirilməsi və nizamlanması
pozu-lur. Ətrafların hərəkət zamanı səndələməsi, titrəməsi, tez yorulma, xoruz yerişi
və s. hal-lar üzə çıxır. Bu pozğunluqlar sonralar nisbətən bərpa olunur.
Orta beyin. Orta beyin körpü və ara beyin arasında yerləşir. O, dördtəpəli
cisimdən və beyin ayaqcıqlarından ibarətdir. Dördtəpəli cismin ön təpələrində ilkin
görmə, arxa tə-pələrində isə ilkin eşitmə mərkəzi yerləşir. Burada hərəkətdə, əzələ
tonusunda, udqunma və tənəffüsdə iştirak edən qırmızı nüvə, qara maddə nüvələri
vardır. Orta beyin əzələ to-nusunu və bədənin pozasını tənzim edir.
Dostları ilə paylaş: