TiBBİ BİLİKLƏRİN Əsaslari



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə40/51
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#41693
1   ...   36   37   38   39   40   41   42   43   ...   51
TİBBİ BİLİKLƏRİN ƏSASLARI

KitabYurdu.az 

34



      Mədədə həzm mədə şirəsinin təsiri altında gedir. Sutkada 2 litr mədə şirəsi ifraz 

olu-nur.  Əvvəlcə  mədə  divarının  hərəkəti  sayəsində  qida  qarışır  və  həll  olunur. 

Zülallar  pep-sin  fermentinin  təsirindən  albumoz  və  peptonlara  qədər  parçalanır, 

ximozin  süd  zülalları-nı  çürüdür  və  süd  yağlarını  emulsiya  halına  salır.  Mədə 

şirəsində karbohidratları parçalayan fermentlər olmur. Lakin ağız boşluğundan daxil 

olan  qidanın  içində  olan  tüpürcək  fermentinin  hesabına  sulukarbonların 

parçalanması  müəyyən  müddət,  yəni  xlorid  turşusu  ilə  qarışana  qədər  davam  edir. 

Mədə  mühiti  turş  mühitdir.  Ağız  boşluğu-nun  mühiti  zəif  qələvidir.  Sulukarbonlar 

qələvi,  zülallar  turş  mühitdə  fermentlərin  təsirilə  parçalanır.  Mədə  şirəsinin  əmələ 

gəlməsi və ifrazı sinir və humoral yolla baş verir.  

      Mədə  şirəsi  ifrazının  sinir  tənzimi.  Mədə  şirəsi  də  ağız  suyu  kimi  reflektor 

yolla ifraz olunur. Bunu qida borusu boyun nahiyəsində kəsilib xaricə çıxarılmış və 

boynun dərisinə tikilmiş it üzərində öyrənmək olar. İti bu cür qidalandırdıqda qida 

mədəyə  düş-mək  əvəzinə  boyun  nahiyəsindəki  kəsikdən  xaricə  tökülür  və  belə 

qidalanma  yalançı  qidalanma  adlanır.  Yalançı  qidalandırma  təcrübəsi  təmiz  mədə 

şirəsi almağa imkan verir. Bu məhşur təcrübə mədə şirəsi ifrazının reflektor təbiətli 

olmasını sübut edir.  


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin