b)Arterial hiperemiya .
c)Venoz hiperemiya.
d)Staz
4.Qanın reoloji xassələrinin dəyişilməsi-yəni qanin axa bilmək qabiliyyətinin
pozulmasına səbəb olur.
5.Proliferasiya-hər hansı toxumanın hüceyrələrinin çoxalaraq sayının artmasına
deyilir.
Ədəbiyyat:
1.V.B.Şadlinski”İnsan anatomiyası”Bakı-2007
2.Ş.Q.Vəliyev”İnsan anatomiyası və fiziologiyası”Bakı-2001
3.S.C.Əliyev”Tibbi biliklərin əsasları”Bakı-2004
4.Н.К.Лысенко»Анатомия человека» Москва-2008
MÖVZU:İstinad hərəkət aparatı və onun xəstəlikləri
PLAN
1.İstinad –hərəkət aparatı.
2.Skelet əzələləri və onların funksiyaları.
3.İstinad-hərəkət aparatının xəstəlikləri.
İstinad-hərəkət aparatına sümüklər ,onların birləşmələri,bu birləşmələrdə hərəkət
törədən skelet əzələləri və başqa yerləşən visseral əzələlərin bir qismi
aiddir.Hərəkət,istinad və qoruyucu funksiyalarla yanaşı, dayaq-hərəkət aparatı yerin
cazibə qüvvəsindən asılı olaraq məkanda insanın vəziyyətinə təsir edir.Sümük və
birləşmələr dayaq-hərəkət aparatının passiv.əzələlər isə aktiv hissəsini təşkil edir.
Insan skeleti –skeleton (yun.qurudulmuş deməkdir),yaşlılarda 200-dən bir qədər çox
sümük və onların birləşmələrindən təşkil olunmuşdur.Bunlardan 34-ü tək,yerdə
qalanı cüt sümüklərdir.Skeletin ümumi çəkisi bədən ağırlığının 15%-ni təşkil edir və
kişilərdə 9.5-10.0kq,qadınlarda isə 6.5-7.5 kq bərabərdir.Yenidoğulmuşlarda və
uşaqlarda skeleti təşkil edən sümüklərin sayı çoxdur.
İnsan skeleti orqanizmin quruluşuna uyğun olaraq kəllə,gövdə,yuxarı ətraf və aşağı
ətrafdan ibarətdir.Kəllə.onuröa sütunu və döş qəfəsinin skeleti ox skelet,yuxarı və
aşağı ətraf sümüklərinin skeleti isə əlavə skelet adlanır.
Hər bir sümük müəyyən inkişafa,quruluşa ,formaya və funksiyaya
malikdir.Sümüklər xaricdən sümüküstülüyü ilə örtülmüşdür.Onların daxilində
sümük iliyi yerləşir.Sümüklərin üzərində yerləşən oynaq səthləri isə oynaq qiğırdağı
ilə örtülmüşdür.
Sümüyün kimyavi tərkibi və fiziki xassəsi. Sümüklərin elastikliyi onun
tərkibində olan üzvi, sərtliyi isə qeyri-üzvi maddələrdən asılıdır.
Sümüyün tərkibindəki üzvi maddələri çıxarmaq üçün sümüyü yandırmaq, qeyri-
üzvi birləşmələri – duzları çıxarmaq üçün onu bir sutka ərzində 10% -li HCİ
məhlulunda sax-lamaq kifayətdir. Bu zaman mineral maddələr həll olunduğundan
sümük o qədər elastikləşir ki, hətta onu spiral şəklində əymək olur. Üzvi maddələr
sümüyə elastiklik, qeyri-üzvi maddələr isə sərtlik verir.
KitabYurdu.az
8
yerə soyuq bir şey qoymaq və sonra həkimə müraciət etmək lazımdır.
Dostları ilə paylaş: