TiBBİ BİLİKLƏRİN Əsaslari



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə10/51
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#41693
1   ...   6   7   8   9   10   11   12   13   ...   51
TİBBİ BİLİKLƏRİN ƏSASLARI

KitabYurdu.az 

7



b)Arterial hiperemiya . 

c)Venoz hiperemiya. 

d)Staz 

4.Qanın  reoloji  xassələrinin  dəyişilməsi-yəni  qanin  axa  bilmək  qabiliyyətinin 

pozulmasına səbəb olur. 

5.Proliferasiya-hər  hansı  toxumanın  hüceyrələrinin  çoxalaraq  sayının  artmasına 

deyilir.       

  Ədəbiyyat: 



1.V.B.Şadlinski”İnsan anatomiyası”Bakı-2007 

2.Ş.Q.Vəliyev”İnsan anatomiyası və fiziologiyası”Bakı-2001 

3.S.C.Əliyev”Tibbi biliklərin əsasları”Bakı-2004 

4.Н.К.Лысенко»Анатомия человека» Москва-2008 

              



   

 

 

MÖVZU:İstinad hərəkət aparatı və onun xəstəlikləri

PLAN 

1.İstinad –hərəkət aparatı. 

2.Skelet əzələləri və onların funksiyaları. 

3.İstinad-hərəkət aparatının xəstəlikləri. 

İstinad-hərəkət  aparatına  sümüklər  ,onların  birləşmələri,bu  birləşmələrdə  hərəkət 

törədən    skelet  əzələləri  və  başqa  yerləşən  visseral  əzələlərin  bir  qismi 

aiddir.Hərəkət,istinad və qoruyucu funksiyalarla yanaşı, dayaq-hərəkət aparatı yerin 

cazibə  qüvvəsindən  asılı  olaraq  məkanda  insanın  vəziyyətinə  təsir  edir.Sümük  və 

birləşmələr dayaq-hərəkət aparatının passiv.əzələlər isə aktiv hissəsini təşkil edir.

Insan skeleti –skeleton (yun.qurudulmuş deməkdir),yaşlılarda 200-dən bir qədər çox 

sümük  və  onların  birləşmələrindən  təşkil  olunmuşdur.Bunlardan  34-ü  tək,yerdə 

qalanı cüt sümüklərdir.Skeletin ümumi çəkisi bədən ağırlığının 15%-ni təşkil edir və 

kişilərdə  9.5-10.0kq,qadınlarda  isə  6.5-7.5  kq  bərabərdir.Yenidoğulmuşlarda  və 

uşaqlarda skeleti təşkil edən sümüklərin sayı çoxdur. 

İnsan skeleti orqanizmin quruluşuna uyğun olaraq kəllə,gövdə,yuxarı ətraf və aşağı 

ətrafdan  ibarətdir.Kəllə.onuröa  sütunu  və  döş  qəfəsinin  skeleti  ox  skelet,yuxarı  və 

aşağı ətraf sümüklərinin skeleti isə əlavə skelet adlanır. 

Hər  bir  sümük  müəyyən  inkişafa,quruluşa  ,formaya  və  funksiyaya 

malikdir.Sümüklər  xaricdən  sümüküstülüyü  ilə  örtülmüşdür.Onların  daxilində 

sümük iliyi yerləşir.Sümüklərin üzərində yerləşən oynaq səthləri isə oynaq qiğırdağı 

ilə örtülmüşdür. 

      Sümüyün  kimyavi  tərkibi  və  fiziki  xassəsi.  Sümüklərin  elastikliyi  onun 

tərkibində olan üzvi, sərtliyi isə qeyri-üzvi maddələrdən asılıdır.  



      Sümüyün tərkibindəki üzvi maddələri çıxarmaq üçün sümüyü yandırmaq, qeyri-

üzvi  birləşmələri  –  duzları  çıxarmaq  üçün  onu  bir  sutka  ərzində  10%  -li  HCİ 

məhlulunda  sax-lamaq  kifayətdir.  Bu  zaman  mineral  maddələr  həll  olunduğundan 

sümük o qədər elastikləşir ki, hətta onu spiral şəklində əymək olur. Üzvi maddələr 

sümüyə elastiklik, qeyri-üzvi maddələr isə sərtlik verir.  

KitabYurdu.az 

8



      yerə  soyuq  bir  şey  qoymaq  və  sonra  həkimə  müraciət  etmək  lazımdır. 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin