Sümük birləşmələri. İnsanın skeletini təşkil edən kəllə alt çənədən başqa,
sümüklər bir-birilə hərəkətsiz, qabırğalar, döş sümüyü, fəqərələrin bir-birilə qığırdaq
vasitəsilə bir-ləşməsi yarımhərəkətli, ətrafların oynaqlar vasitəsilə birləşməsi
hərəkətli birləşmələr əmələ gətirir.
Hərəkətli sümük birləşmələrinə oynaqlar deyilir. Məsələn, bud-çanaq, diz, dirsək
oynaqları. Hər bir oynaqda birləşən sümüklərin birində oynaq çuxuru, digərində isə
for-maca ona uyğun gələn oynaq başı olur. Oynaq başı oynaq çuxuruna girir. Oynaq
çuxuru və oynaq başının üzəri parlaq və hamar qığırdaq qatı ilə örtülür. Bu da
oynaqda hərəkət zamanı oynaq başının oynaq çuxurunda asanlıqla sürüşməsinə
kömək edir.
Oynağı əmələ gətirən sümüklər çox möhkəm bağlarla birləşmişdir. Oynağın
üzərini oynaq kisəsi örtür. Onun içərisində oynaq mayesi olur. Həmin maye oynaqda
hərəkət zamanı sürtünməni azaldaraq oynaq başının oynaq çuxurunda sürüşməsinə
şərait yara-dır.
İnsan skeletində üç hissə ayırd edilir: başın, gövdənin, ətrafların və onların
qurşaqları.
Kəllənin beyin şöbəsinə 8 sümük daxildir. Bura 2 cüt təpə və gicgah sümükləri,
4 ədəd alın, ənsə, xəlbir, paz sümükləri aiddir. Kəllənin üz şöbəsi 15 sümükdən
ibarətdir. Bura 6 cüt üst çənə, almacıq, burun, göz yaşı, damaq sümükləri, aşağı
burun balıq qula-ğı, 3 ədəd tək sümük, alt çənə, xış sümüyü, dilaltı sümüklər aiddir.
Alt çənə sümüyü kəl-lənin yeganə hərəkətli sümüyüdür. Hər iki çənədə yuvalar
vardır ki, burada dişlərin kök-ləri yerləşir.
Gövdə skeleti. Gövdənin skeleti – onurğa, qabırğalar və döş sümüyündən ibarət
olub döş qəfəsini əmələ gətirir.
Gövdənin skeleti onuğa sütunu, döş və ya köks qəfəsindən təşkil olunub. Onurğa
sü-tunu 33 – 34 fəqərə və 5 şöbədən əmələ gəlib. Bura 7 ədəd boyun, 12 ədəd döş, 5
ədəd bel, 5 ədəd oma, 4 – 5 ədəd büzdüm fəqərələri daxildir.
Fəqərələr bir-biri üzərində yerləşib, onurğa kanalını əmələ gətirirlər. Boyun və
bel şö-bələrində əyrilər ona doğru, döş və oma şöbələrində isə əyrilik arxaya doğru
olur. Bunlar normal və patoloji ola bilər.
KitabYurdu.az
9
Onurğada olan əyriliklər onurğaya elastiklik verir və gövdənin müvazinətini
təmin edir.
Onurğanın içərisində - onurğa kanalında onurğa beyni yerləşir.
Dostları ilə paylaş: |