TiBBİ BİLİKLƏRİN Əsaslari



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə14/51
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#41693
1   ...   10   11   12   13   14   15   16   17   ...   51
TİBBİ BİLİKLƏRİN ƏSASLARI

       Ətrafların skeleti. Ətrafların skeleti yuxarı və aşağı ətrafların skeletinə ayrılır. 

Aşağı  ətrafların  skeleti  qurşaq  və  sərbəst  ətrafların  skeletindən  ibarətdir.  Yuxarı 

ətrafların  ske-letinin  çiyin  qurşağı  kürək  və  körpücük  sümüklərindən  təşkil 

olunmuşdur.  



      Yuxarı ətrafın sərbəst hissəsini bazu, əlvan mil və dirsək sümüyü və pəcədə olan 

8  bilək,  5  əldarağı  və  14  barmaq  falanqaları  sümükləri  təşkil  edir.  Çanaq 

sümüklərinin hər birinin oynaq çuxuruna bud sümüyünün girdə başı daxil olur.  

      Aşağı  ətrafın  sərbəst  hissəsi  bud,  diz  qapağı,  baldır,  qamış,  incik  və  ayaq 

sümüklə-rindən  ibarətdir.  Ayaq  skeleti  7  ədəd  ayaqdaraq  arxası,  5  ədəd  ayaqdaraq 

sümüklərin-dən və 14 ədəd falanqa sümüklərindən ibarətdir.  

      Bəzən  ehtiyatsız  hərəkət  etdikdə  sümükləri  oynaqda  birləşdirən  bağlar  və 

əzələlər  gərilir.  Oynağın  ətrafı  şişir,  bəzən  də  həmin  nahiyəyə  qan  sızır.  Az  sonra 

şiddətli ağrılar baş verir. Bu cür zədələnməyə burxulma deyilir.  

      Zədələnmiş şəxsə ilk yardım etmək üçün zədələnmiş 

      Bəzən kəskin, yöndəmsiz hərəkət etdikdə oynaq başı oynaq çuxurundan çıxır ki, 

buna çıxıq deyilir.  Çıxıqlar  zamanı burxulmada  olduğu kimi  ilk  yardım  göstərmək 

və dər-hal həkimə müraciət etmək lazımdır.  

      Bərk  əzilmələr,  bəzi  yaralanmalar,  eləcə  də  yıxıldıqda  sümüklər  bir  və  ya  bir 

necə  yerdən  sına  bilər.  Bu  o  zaman  olur  ki, sümüyə  kənardan  təsir  edən  qüvvənin 

istiqaməti  sümük  atmalarının  istiqamətinə  uyğun  gəlmir.  Əksər  hallarda  uzun 

sümüklər daha tez sınır. Bu sınıqlar qapalı və açıq ola bilər.  

      Sümüyün sınmasından şübhələndikdə ilk yardım məqsədilə zədələnmiş hissənin 

tamamilə  hərəkətsiz bir  halda qalmasını  təmin  etmək  lazımdır.  Bunun üçün  hadisə 

yerin-də xüsusi şinalar olmadığından müvəqqəti taxta parçasından və ya bərk karton  

zolaqlarından istifadə etmək olar.  

      Həmin taxta parçasının sınıq yerini sıxmaması üçün onun altına yumşaq bir şey 

qoy-maq  lazımdır.  Sonra  enli  bint,  dəsmal,  burun  yaylığı  ilə  möhkəm  sarımaq 

lazımdır.  

      İstifadə  olunan  taxta  parçası  nəinki  zədələnmiş  nahiyəni,  həm  də  hər  iki  qonşu 

şöbə-ni tutmalıdır. Belə olduqda sümük hissələri yerindın oynamır. Açıq sınıqlarda 

ilk  yardım  zamanı  yaraya  təmiz  sarğı  qoymaq,  qanaxmanı  dayandırmaq  lazımdır. 

Sümüklərin  sın-masından  şübhələndikdə  zədələnmiş  şəxsi  təcili  xəstəxanaya 

çatdırmaq lazımdır. Sınıq-lar zamanı vaxtında ilk yardım göstərilmədikdə və həkimə 

müraciət  edilmədikdə,  sümük   düzgün  bitişmir  və  nəticədə həmin  şəxs  ömrü  boyu 

şikəst qala bilər.  


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin