Daxili amillər kimi orqnizmin yaşının,cinsiyyətin, konstitusiyanın,irsiyyətin
xəstəliklərin törənməsində,inkişafında,gedişində və nəticəsində rolu böyükdür.
İnsanın müəyyən xəstəliklərə meyli olması,xəstəliklərin gedişi orqanizmin
konstitusional xüsusiyyətlərindən,yəni nisbi-sabit xarakterli morfoloji və funksional
xassələrinin məcmusundan da asılıdır.
Patofiziologiyanın xəstəliklərin inkişaf mexanizmilərini,gedişini və nəticələrini
öyrənən hissəsinə patogenez deyilir.Patogenezin əsas məsələləri xəstəliklərin
inkişafında xəstəliktörədici amilin orqanizmə daxil olması və bədəndə yayılması
yollarını,zədələnmə səviyyəsinin əhəmiyyətini,xəstəliyin yerli və ümumi
əlamətləri,spesifik və qeyri-spesifik mexanizimləri arasındakı əlaqəni,xəstəliyin
gedişində yaranan qüsurlu dövranları,xəstəlik nəticəsində pozulmuş funksiyaların
bərpa olunma mexanizimlərini öyrənməkdən ibarətdir.
Davametmə müddətinə görə xəstəliklər çox kəskin (4 günədək),kəskin (14
günədək),yarımkəskin (15-40 günədək)və xronik(6 həftədən və ya 40 gündən artıq)
olur.
Xəstəliyin inkişafında aşağıdakı mərhələlər müşahidə edilir:
1.Latent (gizli) dövr.
2.Prodromal dövr(xəstəliyin ümumi xarakterli ilk əlamətləri aşkar olur)
3.Xəstəliyin tam inkişaf dövrü.
4.Xəstəliyin nəticəsi.
Bu dövrlər mütləq xarakter daşımayıb,kəskin infeksiyon xəstəliklər zamanı aydın
nəzərə çarpır,irsi xəstəliklərdə çətin ayırd edilir,travmalar zamanı fərqləndirilməsi
mümkün olmur,kəskin şua xəstəliyi zamanı isə prodromal və latent dövrlər yerini
dəyişir.
Xəstəliklərin aşağıdakı nəticələri aird edilir:
1.Sağalma.
2.Residiv-xəstəliyin təkralanması.
3.xəstəliyin uzanması,yaxud xronik formaya keçməsi.
4.Ölüm.
Sağalma xəstə orqanizmin pozulmuş funksiyalarının bərpa olunması və onun ətraf
mühitdə yaşamağa uyğunlaşması prosesidir.
Xəstəlik şəraitində mühafizə -uyğunlaşma reaksiyalarının üç qrupu müşahidə edilir:
1.Sürətli və qeyri-sabit reaksiyalar-əsasən orqanizmin zərərli madələrdən
təmizlənməsinə və həyat fəaliyyəti güstəricilərinin normal səviyyədə saxlanmasına
xidmət edir.
2.Nisbi
sabit
reaksiyalar-
orqanların ehtiyat qüvvələrinin səfərbərliyə
alınması,zəhərli maddələrin neytlallaşdırılması,birləşdirici toxumanın mühafizə
reaksiyaları.
3.Uzunmüddətli
və
sabit
reaksiyalar-kompensator
hipertrofiya,reperativ
regenerasiya,infeksiyon xəstəliklər nəticəsində törənən immun reaksiyalar.
Ölüm orqanizmin həyat fəaliyyətinin dayanmasıdır.Təbii ölüm həyatın
dayanması,orqnizmin həddən artıq qocalması və onun funksiyalarının
sönməsidir,yəni fərdin yaşamasının təbii başa catmasının əticəsidir.
Patoloji ölüm hər hansı yaşda və vaxtından qabaq baş verə bilər.Onun zorakı yolla
təzahür etməsi mümükündür,yaxud müəyyən qəzadan,xəstəlikdən irəli gələ bilər.Ani
Dostları ilə paylaş: