pozulmasının hər hansı bir təzahürü həyəcan təbili çalmaq üçün əsas olmalıdır. Ona
görə ki, tamlığın hər hansı formada pozulması deyir ki, insan qeyri-sağlam həyat
tərzi
keçirir,
bu
isə
heç
vaxt
nəticəsiz
və
cəzasız
qalmır.
Biz bir həqiqəti də dərk etməyə borcluyuq: orqanizmin tamlığının hər hansı formada
pozulması öz-özünə keçib getmir, orqanizmin tamlığını bərpa etmək məsələsinə
şüurlu formada yanaşmaq, bu arxivacib problemi elmi əsaslar üzərində həll etmək
lazımdır. Bunun üçün isə hər bir kəsdən insan orqanizmi haqqında, sağlamlıq
haqqında, xəstəlik haqqında, sağlam və qeyri-sağlam həyat tərzi haqqında, pis və
yaxşı vərdişlər haqqında müəyyən biliyə malik olmaq tələb edilir. Kortəbii, necə
gəldi yaşayan insan mütləq çoxlu səhvlərə yol verəcək, müxtəlif xəstəliklərə
tutulacaq, ömrünü ah-ufla başa vuracaq, dünyadan tez gedəcək. Elə buna görə də
dünya şöhrətli alim Pol Breqq (ABŞ), müxtəlif ölkələrdə sağlamlıqla bağlı
mühazirələr oxuyarkən, usanmadan təkrar edirdi: bütün elmlərin zirvəsi - orqanizmə
qulluq etmək elmidir, onu bilməyən bədbəxtdir.
Hər bir xəstəliyin özünəməxsus əlamətləri-simptomları olur.Ağrı xəstəliyin mühüm
əlamətidir.Müəyyən bir həstəlik üçün əsas olan,daimi və xarakter əlamətlərin
məcmusuna –sindrom deyilir.
Ümumdünya Səhiyyə Təşkilatının 1975-ci ildə Cenevrə konfrasında qəbbul etdiyi
xəstəliklərin beynəlxalq təsnifatından istifadə edilir.Həmin təsnifatda bütün
xəstəliklər 17 sinfə bölünür.
1.İnfeksiyon və parazitar xəstəliklər.
2.Şişlər.
3.Endokrin sistemin xəstəlikləri,qidalanmanın pozulması,maddələr mübadiləsinin və
immunigen reaktivliyin patologiyası.
4.Qanin və qanyaradıcı sisteminin xəstəlikləri.
5.Psixi pozulmalar.
6.Sinir sistemi və duyğu orqanlarının xəstəliləri.
7.Qan dövranı sisteminin xəstəlikləri.
8.Tənəffüs orqanlarının xəstəlikləri.
9.Həzm orqanlarının xıstılikləri.
10.Sidik-cinsiyyət sisteminin xəstəlikləri.
11.Hamiləliyin,doğuşun və zahılıq dövrünün ağırlaşmaları.
12.Dərinin və dərialtı təbəqənin xəstəlikləri.
13.Sümük əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri.
14.Anadangəlmə anomaliyalar.
15.Erkən uşaqlıq dövrünün xəstəlikləri.
16.Aydın olmayan simptomlar və patoloji hallar.
17.Travmalar və zəhərlənmələr.
Xəstəliklərin ekzogen və endogen ,yəni xarici və daxili səbəbləri ayırd edilir.Amma
bu bölgü şərtidir.Çünki daxili amillər özləri də bilavasitə fərdin orqanizminə ,onun
valideyinlərinə və ya vaxtsa uzaq əcdadına təsir göstərmiş ekzogen amillə əlaqədar
olaraq formalaşır.
Ətraf mühitin fiziki,kimyəvi, bioloji,psixi və ictimai amillərin xəstəliklərin əmələ
gəlməsində,gedişində böyük rol oynayır.
Dostları ilə paylaş: