3.Н.А.Спирин «Анатомия человека» Москва-2007
Mövzu: İnsan orqanizminin inkişafı haqqında.
PLAN
1.Embrional inkişaf.
2.Postembrional inkişaf.
3.Böyüməyə və inkişafa xarici mühitin təsiri
İnsanin fərdi inkişafı ontogenez adlanır.Bu insanda yumurta hüceyrəsinin
mayalandığı andan başlayaraq orqanizm ölənədək davam edir. Ontogenezi iki
dövrə bölmək olar:bətndaxili dövr,və bətnxarici dövr-postembrional inkişaf.
Orqanizm nəsillərinin əmələ gəlməsində iştirak edən hüceyrələrdir.Bunlar kişi
cinsiyyət hüceyrəsi spermatozoid və qadın cinsiyyət hüceyrəsi yumurta hüceyrədən
ibarətdir. Kişi və qadın cinsiyyət hüceyrələri mənsub olduğu orqanizmin bütün irsi
əlamətlərini özündə gəzdirən hüceyrələrdir.Cisiyyət hüceyrələri meyoz yolla
çoxalır.Mayalanmış yumurtaya ziqota deyilir.
Hamiləlik dövrü 280 gün və ya 10 qəməri ay olur.Hamiləlik dövrü əsasən ilk günləri
qadın çox diqqətli,məsuliyyətli olmalıdır,həyat rejiminə,gigyenasına,qidalanmasına
çox ciddi fikir verməlidir.Bu dövrdə qadın spirtli ickilərdən,siqaretdən,narkotok
maddələrdənqəti müxtəlif kimyəvi preparatlardan,dərmanlardan və kosmetik
maddələrədənistifadə etməməlidir.
Rüşeymin inkişaf etdiyi 8 həftə ərzində əsas orqanlar əmələ gəlir.
Şəkil
İnsan doğulduqdan sonrakı dövrdə, yəni postnatal inkişaf mərhələlərində onun -
orqan və toxumaları böyüyür,mürəkkəbləşir vəbədən forması inkişaf edir.
İnsanın yaş dövrlərinə uyğun dəyişikliklər müəyyən qanunauyğunluqlara əsaslanır.
Fizioloqlar insanın postnatal ontogenezinin aşağidaki yaş dövrlərinə bölünməsini
KitabYurdu.az
2
təklif etmişlər: yenidoğulma 3-4həftə, südəmər 4həftə-1 yaş, məktəbəqədərdən
qabaq -1-3yaş, məktəbəqədər -3-6 yaş, məktəbyaşı-7böyük məktəbyaşı-12-18,
gənclik-18-20, yetkin -21-55 yaş,ahıldövr-56-74 yaş,qocalıq 75-90 yaş,uzunömürlük
90yaşdan sonrakı dövr.Hər bir yaş mərhələsində insanların üç istiqamətdə inkişafı
nəzərdə tutulur.Anatomik-fizioloji,psixoloji, xarici mühitlə sıx bağlıdır. Böyük rus
fizioloqu İ.H.Seçenov göstərdi ki,orqanizm xarici mühit olmadan yaşaya bilməz.
Digər canlılardan fərqli olaraq ali varlıq olan insan 2 proqramın –bioloji və sosial
proqramların nəzarəti altında böyüyüb inkişaf edir.
Başqa canlılardan fərqli olaraq ,insan orqanizmi mürrəkəb quruluşa malikdir.Onu
təşkil edən orqan və toxumalar bu və ya digər funksiyaları icra edir.İnsan orqanizmi
aşağıdakı sistem və aparatlardan ibarətdir:İstinad-hərəkət aparat, qan sistemi, ürək-
damar sistemi, tənəffüs sistemi, həzm sistemi, sidik-cinsiyyət sistemi,daxili
sekresiya vəziləri,duyğu orqanı sistemi, sinir sistemi.Hüceyrə haqqında elm
sitologiya adlanır. Hüceyrələr müxtəlif formaya, ölçüdə və funisiyaya malik
olmalarına baxmayaraq onların ümumi quruluş planı prinsip etibarilə eynidir.Yəni
bir hüceyrə bir-biri ilə sıx əlaqədar olan 2 əsas hissədən-nüvədən və sitoplazmadan
təşkil olunmuşdur.Toxumalar orqanın quruluş əsasıdır-histologiya.Morfoloji,
fizioloji xüsusiyyətinə görə toxumalar aşağıdakı qruplara bölünür: 1) epitel; 2)
birləşdirici; 3) əzələ; 4) sinir.Canlı orqanizmin başlıca funksiyası maddələr və enerji
mübadiləsidir ki, tənəffüs, qidalanma, böyümə,çoxalma,hərəkət və s. kimi bütün
qalan funksiyalar da bununla bağlıdır.Funksiyaların normal yerinə yetirilməsi üçün
orqanizmin daxili mühitinin nisbi sabitliyi vacibdir ki,buna da hepostaz deyilir.
Orqanizmdə funksiyaları tənzim etməklə homeostazik saxlanılmasını, onun
göstəriciləri olan bioloji sabitlərin məsələn ürək 1 dəq 70-75 dəfə vurur, arterial
təzyiq civə sütununun 120/80mm –nə bərabərdir.
Dostları ilə paylaş: