Sümüklərin quruluşu. Sümüklərin əksəriyyəti xaricdən sərt, daxildən süngər
maddədən təşkil olunmuşdur. Sümüklər ölçülərinə və formalarına görə müxtəlif
olur. Ba-zu, said, bud, baldır sümükləri uzun; əldarağı, ayaqdarağı, falanqlar qısa;
döş, qabırğa-lar, kəllə qapağı, kürək və çanaq sümükləri yastı olurlar.
Sümüklərin böyüməsi. Sümüklərin həm eninə, həm də uzununa böyüməsi 22 –
25 yaşa qədər davam edir. Sümüklərin eninə böyüməsinə səbəb onun üzərini örtən
sümük-üstlüyünün daxili tərəfindəki hüceyrələrin bölünüb çoxalmasıdır. Sümük
toxumasının struktur vahidi osteon hesab edilir. Osteon – sümük lövhəcikləri
sisteminə aid olub, da-marların ətrafında bir-birinə sökənən yeni müxtəlif diametrli
silindirlər kimidir. Əgər oste-onlar bir-birinə sıx birləşirlərsə, o zaman sümüyün sərt,
əgər boş birləşirsə sümüyün süngər maddəsi əmələ gəlir. Sümüklərin uzununa
böyüməsində onların başcıqlarını ör-tən qığırdaq toxuması hüceyrələrinin bölünüb
çoxalması əsas rol oynayır. Sümüklərin eninə böyüməsi yaşlı insanlarda daim davam
edir.
Dostları ilə paylaş: |