3.Ürək-damar sisteminin xəstəlikləri.
Ürək-cor insanda dördkameralı,boşluqlu,əzələvi orqandır.Forması yastılaşmış
konusa bənzəyir,əsası və zirvəsi vardır.Ürəyin zirvəsi sola,aşağıya və önədir.Əsası
isə yuxarıya,dala və sağadır.Ürəyin üzərində ön və dal mədəcikarası və habelə tac
şırımları ayırd olunur.Ürək bu şirimlarla 4 kameraya yuxarıda yerləşən sağ və sol
qulaqcıqlara və aşağı hissədəki sağ və sol mədəciklərə bölünür.Ürək döş qəfəsində
ağciyərlərin arasında2\3 hissəsi solda və 1\3 hissəsi sağda ürək kisəsində
yerləşir.Ürəyin döş-qabırğa və diafraqma səthləri vardır.Ürəyin çəkisi yaşlılarda orta
hesabla 250-300 q olub,böyüklüyü hər bir şəhsin yumruğuna uyğun gəlir.
İnsanın ürəyi sağ və sol qulaqcıqlardan,sağ və sol mədəciklərdən ibarətdir.Boylama
qulaqcıqarası arakəsmə qulaqcıqarası arakəsmə qulaqcıqları və mədəcikarası isə
mədəcikləri bir-birindən ayırır.Ürəyin sağ yarısında yerləşən sağ qulaqcıqla sağ
mədəcikdə venoz qan,sol yarısında-sol qulaqcıqla və sol mədəcikdə isə arterial qan
cərəyan edir.
Ürəyin divarını 3 qişa-daxili,orta və xarici qişalar təşkil edir.Ürəyin daxili qişası
endokard
adlanır.Endokard
qişası
ürəyi
daxildən
əhatə
edir
və
endoteldən,endotelaltı qatdan,elastiki liflərdən,kardiomiositdən ibarətdir.Əzələ
qişası-miokard ürəyin orta qişasıdır.Xüsusi növ eninəzolaqlı əzələ toxuması
olub,ürəyin divarını əsasını təşkil edir. Ürəyin xarici qişası olan epikardı ürək
kisəsinin visseral səhfəsi təşkil edir və diafraqmanın vətərli mərkəzi ilə
birləşir.Epikard ürəyin əsasında iri damarların divarlarında ürək kisəsinin parietal
səfhəsinə kecir.
KitabYurdu.az
19