Ona görədə əmək və idman oyunları ilə qaydasında məşğul olmaq məsləhətdir.
Çünki lazımi fiziki hazırlıq olmadan uzun müddət müxtəlif növ idman oyunları ilə
məşğul olmaq, habelə uzun məsafələrə qaçmaq hələ uyğunlaşmamış orqanizmə zərər
yetirə bilər.
KitabYurdu.az
12
Vətərələr bir-birilə birləşdirici toxuma vasitəsilə birləşmiş vətər liflərindən təşkil
olunmuşdur.
Istinad-hərəkət
aparatının xəstəliklərinə oynaqların çıxıqları ,sümüklərin
sınıqları,oynaqların iltihabı,periostit(sümüküstülüyün iltihabı),osteomielit(sümük
iliyinin
iltihabı),əzilmələr,yanıqlar,donmalar,qanqren,şualanmalar,sümük
və
oynaqların vərəmi,onların şişlər və s.daxildir.
Sınıq zamanı yardım göstərərkən ,ilk əvvəl sınığın növünün ,dərəcəsini müəyyən
etməli ,xəstənin həyatı üçün təhlükəli əlamətlər aradan qaldırılmalıdır.Bundan sonra
ya şina qoymalı ,ya da steril sarğı qoyub ,şina ilə bərkidilmişdir.Şina
qoyularkən,mümkünsə hazir şinalardan istifadə edilməlidir,lakin şina olmadıqda
müxtəlif vasitələrdən –taxta parcasından,karton hissəsi,metal lövhə və s. istifadə
edilir.
Açıq siniqlar zamanı qanaxma kəsilir ,yara antiseptik maddələrlə işlənir ,steril sarğı
qoyulur və sonra paltarın üstündündən şina qoyulur.
Çıxıqların əlamətləri aşağıdakılardır:ətrafın müəyyən vəziyyət alması ,görünüşün
dəyişilməsi,hərəkətin azalması,uzunluğun dəyişilməsi,hərəkət zamanı oynaqda
ağrı,şişmə,qızartı və s.
Desmurgiya-cərrahlığın bir bölməsi,sarğıların növlərinin və sarğı qoyulması
texnikasını öyrənir.
Sarğılar bir necə növə ayrılırlar:
1.Möhkəmləndirici sarğılar-yara nahiyəsində sarğı materiallarını bərkitmək ücün
qoyulur.
2.Hərəkətsiz və ya immibolozasiyaedici sarğılar ən çox sakitlik şəraiti yaratmaq
üçün bədənin bir hissəsini hərəkətsiz vəziyyətdə saxlamaq məqsədilə tətbiq edilir.
3.Ləçək sarğıları-əli asmaq üçün tətbiq edilir.
4.Sapandabənzər sarğılar-15-20 sm uzunluqda orta hissəsi bütöv qalmaqla hər iki
ucu boylama istiqamətdə kəsilmiş,75-80sm uzunluqda enli lent şəklində tənzif və ya
parcaya desmurgiyada sapand deyilir.
5.Bint sarğıları.və s. sarğılar mövcuddur.
Dostları ilə paylaş: